Mar 15

Ov edən ərəblərin maşınının təkərin qaraldın:İmişlidə polis zabitindən biabırçı təlimat-VİDEO

Artıq 6-7 ildir ki, varlı ərəblərin ölkəmizdə ova dadanmasının şahidi oluruq.

İmişlidən Xeberfakt.az kanalına göndərilən kadrlarda hazırda ov a çıxan ərəblərin avtomobilləri görünür.

Yüz minlik maşınlarlar dövlət torpaq fondunun nəzdində olan otlaq sahələrində ora-bura şütüyürlər. İstədikləri qədər quş vurur, şahinlə dovşan ovlayırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları bu duruma göz yumur. Allah etməmiş bir yerli sakin ördək vursa o saat cərimələnəcək.Ərəblərin hər gun ov ovlayan onlarla avtombilinə söz deyən yoxdur.

Yerli polis şöbəsini Akif adlı zabitə polislərə tapşırıb ki, ərəb görəndə farağat durun. Yeri gəlsə maşınlarının təkərin qaraldın. Həm də ərəblərə tapşırıblar ki, yerli cammatla kontakta getməyin.

 

 

Kasdrlarda olan ərazilər Əliqullar kəndinin ərazisidir. Bu kənddə iki şəhid ailəsi var. Ərəblər yüksək sürətlə bu evlərin yanından ötüb küçir.

 

Yerli əhali deyir ki, əvvəllər ərəbləri kimsə müşayiət edirdi. Amma indi tam sərbəstdirlər. Avtomobildə ancaq özləri olur.Maşınlarda antennalar var. Kim zəmanət verə bilər ki, erməni tərəfə məlumat ,infarmasiya ötürmürlər.

Bir müddət əvvəl ərəblərin idarə etdiyi cip-lərdən biri kanala düşmüşdü. Çindəki ərəblər də ölmüşdü.

Yeri gəlmişkən, polis kimi Ekologiya Nazirliyi də bu işlərə nəzarət etməlidir. Niyə etmir. Bax bu maraqlıdır.

Səbəb korrupsiyadırsa cənab nazirin nəzərinə bu videonu çatdırırıq. Tədbir görün. Azərbaycanın heyvanat aləmini rüşvətə görə zəngin ərəblərə , əyləncəyə yem etməyin.

Hələ otlaq sahələrinin ayaq altda qalması ayrı mövzudur.

 

 

Bənzər xəbərlər

Gündəm

0.03405499458313