Mar 03

Biləsüvar gömrük keçid mətəqəsində insanların malı oğurlanır! - FOTO-FAKT

Belə ki keçən il pandemiya ilk yayılan zaman İran İslam Respubilkasindan gələn vətəndaşaların aldıqları əşyalar karantin adı altında alınaraq anbarlara qoyuldu. Bir neçə gündür ki, həmin malların vətəndaşlara qaytarılmasına başlanılıb Anbardakı malların almağa gələn vətəndaşlar ya müxtəlif bəhanələrlə malların verilməsindən imtina edilir ya da verilən mallarin içindəki əşyalar, zənbillər açılaraq bahalı əşyalar gömrük orqanı əməkdaşalrı tərəfindən oğurlanaraq, malların yararsız, qiymətsizləri isə vətəndaşlara geri qaytarılır. Edilən şikayətlərə isə baxılmır.

Belə vətəndaşlardan biridə Abdullayev Elnur Rəhim oğlu Agdam.info-nun redaksiyasına şikayət məktubu unvanlayıb.

23 fevral 2020 ci il tarixinde saat 19:10-də İran İslam Respubilkasindan gələrkən Biləsuvar gömrüyündən keçən zaman ailəsi və özü üçün almış olduğu şəxsi geyim və digər əşyaları gömrükdə alınaraq karantin adı altında 120021200501870 saylı aktla, ümumi çəkisi 30 kq olmaqla şəxsi əşyalar və geyimlər olan bağlamalar alınaraq, ağzı bağlanaraq anbara qoyuldu.

Abdullayev Elnur şikayətində bildirir, 02.03.2021 ci il tarixində saat 15:00 radələrində həmin mallarımı götürmək üçün Biləsüvar gömürük keçid mətəqəsində getdim. Əvvəlcə aktda qarışıq mallar yazıldığı üçün mənə vermekdən imtina edilərək bildirildi ki, mallar məhv edilib, lakin mən bildirdim ki, mənə məhv etmə aktını verin. Həmin zənbillərdə geyim əşyaları və digər əşiyalar var. Xeyli təkiddən sonra mənə zənbilimin bir qismi ağzı açıq vəziyyətdə və tam boşaldılaraq 30 kq maldan təxminən içərisində 10-12 kq mallar olan zənbillər gətirildi. Bu zaman bildirdim ki, mənim zənbilim niyə açıqıdır...
Mallarımın yarıdan çoxu, qiymətli əşyalarım oğurlanıb, götürülüb...

Mənə bildirdilər ki, olan budur! Bunu veririk, hələ şükür elə!

Biləsüvar gömrük keçid mətəqəsində insanların malı oğurlanır! - FOTO-FAKT
Biləsüvar gömrük keçid mətəqəsində insanların malı oğurlanır! - FOTO-FAKT
Biləsüvar gömrük keçid mətəqəsində insanların malı oğurlanır! - FOTO-FAKT
Biləsüvar gömrük keçid mətəqəsində insanların malı oğurlanır! - FOTO-FAKT

Bənzər xəbərlər

Gündəm

0.020294904708862