Sep 21

8 aya kadr təyinatından 300 min qazanc- Şabran RPŞ-nin rəisi haqda ŞOK  FAKTLAR

Çağdaş Azərbaycanın ən ağrılı və əksər digər müşküllərin törədicisi olan problemi korrupsiya və rüşvətxorluqdur... 

Son xüsusən 40-50 ildə bu mərəz o dərəcədə dərinləşib ki,  nəinki onun kökü kəsilib, əksinə, zaman-zaman bu sosial-mənəvi xəstəliyə yoluxub nəfsini, tamahını idarə edə bilməyənlər ölkə, bölgə idarəçiliyinə irəli çəkilib...

Rüşvətxorluğa, saxtakarlığa, əliəyriliyə meyil də, təəssüf ki, insanın fitrətində olur...  Bəs Allahın qadağalarına ta qədimlərdən riayət edən, hələ İslamın qəbulundan öncə - təktanrılılıq dövründə halal, haram, günah, dürüstlük, səmimilik, mərdlik anlayışlarına  sahib olan Azərbaycan, türk, müsəlman xalqı  arasında bu qədər kütləvi əqidəsizlik, dələduzluğa, saxtakarlığa, rüşvətxorluğa meyillilik haradan qaynaqlanır, nə vaxtdan başlanıb?.. 

 

Necə oldu ki, XIX əsrin əvvəlində Fransa dahisi Aleksandr Dümanın  barəsində “Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı” -dediyi bir xalqın içində bu gün kasıbından tutmuş ən varlısınadək dələduz, insafsız, vicdansız, qaniçən rüşvətxor, korrupsioner,  inhisarçı kütlələr formalaşıb?

70-80 yaşlı ahıllarımızın çoxundan soruşanda deyirlər ki, Azərbaycanda rüşvətxorluq əsasən 1960-cı illərdən - SSRİ-nin başına Leonid İliç Brejnev gələndən sonra kütləviləşməyə başlayıb... Məhz həmin illərdən milisdə, xüsusən “QAİ”də, yəni o vaxtkı DAM-da- Dövlət Avtomobil Müfəttişliyində və  ali məktəblərdə alış-veriş başlayıb... 1950-ci illərdə belə hallar çox nadir hallarda olub, rüşvət alanlar da həddindən artıq qorxa-qorxa, çox gizli şəkildə alıb...

Amma indi...

Aşkar alırlar, lap aşkar.

Məsələn Şabrana 8-9 aydır təzə polis rəisi gəlib. İbrahimov Məhəmməd Abdülkərim oğlu.

Mozalan.az-a rayondan bildirirlər ki, polis rəisi gələndən yerli yol polisinə 2 dəfə rəis təyin edib, 2 də dəfə rəis müavini. 4 inspektor təyinatı da əlavə.

Bu əməliyyatlardan təxmini 300 min qazanıb.

Təsəvvür edirsiz.

Bu baradə əlimizdə faktlar var.

Bu artıq dövlət və güc strukturları adına biabırçılıqdır.

Söhbət bazarkomdan yox polis zabitindən gedir.

Bizi izləyin. Audio və video faktları təqdim edəcəyik.

Bənzər xəbərlər

Gündəm

0.032864093780518