TənqidSep 21

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR

Ötən ilin dekabr ayında Böyük Britaniyada “Agro Group Ltd” adlı şirkət təsis olunub.
Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, “Agro Group Ltd” şirkətinin direktoru 32 yaşlı Azərbaycan vətəndaşı Nizami Qəmbərovdur. Londonda qeydiyyatdan keçən şirkət adından da (“Agro”) göründüyü kimi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Nizami Qəmbərov adlı sahibkarın adı 2016-cı ildə ölkə mətbuatında satışa insan orqanizmi üçün zərərli olan təhlükəli pomidorları çıxarması ilə gündəmə gəlib. 4 il əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin açıqladığı məlumatda qeyd olunurdu ki, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğluna məxsus istixanada yetişdirilən məhsullar üzərində kimyəvi-toksikoloji müayinələr həyata keçirilib. Müayinələr zamanı pomidor bitkisinin tərkibində İnsektisid qrubundan olan Supermetrin adlı maddənın qalıq miqdarının normativ texniki sənədin tələblərinə görə normadan cox olduğu aşkar olunub. Buna görə də ümumi cəkisi 500 kq olan pomidor bitkisinin istifadəyə yararsız olduğu üçün dövriyyədən çıxarılması qərara alınıb və məhsul 14 iyul 2016-cı il tarixdə "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib. Fiziki şəxs Qəmbərov Nizami Fəxrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.7-ci (tərkibində pestisidlərin, bioloji preparatların və onların birləşmələrinin qalıq miqdarı yol verilən normadan artıq olan bitki və bitkicilik məhsullarının satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə üçün 300 manat məbləğində cərimə olunub.
Maraqlı məqamlardan biri də odur ki, vaxtı ilə Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışan, sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrlarından hesab olunan Fəxrəddin Qəmbərovun da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyi deyilirdi. Vergilər Nazirliyində Daxili təhlükəsizlik idarəsinin başçısı, daha sonra nazirin müşaviri olan Fəxrəddin Qəmbərov eyni zamanda 2005-ci ildə 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilisə də, Konustitusiya Məhkəməsi nəticələri ləğv edib.
Böyük Briytaniyanın rəsmi qurumları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” adlı şirkət təsis etdiyini açıqlayıb. Fəxrəddin Qəmbərovun da oxşar sahədə - kənd təsərrüfatı xammalı və mal-qaranın satışı sahəsində fəaliyyət göstərdiyi açıqlanıb.

Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb?
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb?

Bənzər xəbərlər

Gündəm