Sep 06

Məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillər satışa çıxarılıb: Pulunu ödə, al-VİDEO

Bir müddət əvvəl mətbuatda Qubadlıdan olan məcburi köçkün Canəli Salmanovun müraciəti dərc olunmuşdi.
Xırdalandakı 26-cı məhəllədəki yarımçıq , qəzalı binaya bitişik zirzəmi tipli otaqda qalan Salmanov deyirdi ki, dəfələrlə Məcburi Kömkünlərin İşi Üzrə Dövlət Komitəsinə müraciət edib. Rövşən Rzayevin qəbulunda olanda bldirdi ki, təcili evimi versinlər.Amma, nə fayda artıq komitənin yollarında ağac olmuşam.Bezib usanmışam ,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…
Elə söz verirlər, yeni tikilmiş qəsəbələrə kimlərsə köçürülür,mən qalıram kənarda.”
Məcburi köçkün deyir ki, qrunt və kanalizasiya suları zirzəmiyə, ordan isə onun otağına dolur.
Vəziyyətlə “Qaçqınkom” un Xırdalan şöbəsindən olan işçilər də şahidlik edib. Ancaq deyiblər ki, onun ailəsini yerləşdirməyə yer yoxdu. Gözləsin . Və ən əsası heç kimə şikayət etməsin. Mətbuata çıxmasın.
Aktualxeber.az-a danışan Canəli Salmanov bildirir ki, 2019-cu ilin yanvarından əlinə sənəd veriblər ki, birinci növbədə o mənzillə təmin olunacaq.
Ancaq görünən odur ki, komitədə rüşvət verilmədən kimsə ev ala bilmir. Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınmış evlərin də öz “tarif”i var. Bütün bunları Canəli Salmanov videomüsahibəsində açıqlayır.

Bənzər xəbərlər

Gündəm

0.057233810424805