Aug 24

Səfər Mehdiyev-dən növbəti İSTERİK ADDIMLAR SERİYASI... - Adam rəsmən əndişə içindədir...

"Dövlət Gömrük Komitəsi (DGK) bu gün ən qalmaqallı qurumlardan biri kimi diqqətə gəlməkdədir. Aşkar şəkildə görünür ki, Səfər Mehdiyev rəhbərlik etdiyi bu dövlət komitəsi mahiyyət və xaraktercə digər yeniləşən dövlət aparatından tamamən fərqlənir. Sanki Səfər Mehdiyev özünə ayrıca bir muxtariyyət qurub və mu muxtar quruluşda Səfər Mehdiyevin qanunları işləyir, dövlətin yox..." Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalə müəllifi daha sonra yazır: "Səfər Mehdiyevin adı bu vaxta qədər yetərincə qalmaqallarda hallandı.

Bir: dövlətin müvafiq qanunlarının sabotaj edilməsi;

İki: gömrükdə yaxın ətrafının əli ilə inhisarçı şəbəkə formalaşdırması;

Üç: dövlətə verilən maliyyə hesabatlarının saxtalaşdırılması;

Dörd: sahibkar zümrənin aşkar şəkildə dövlətdən narazı salınması;

Beş: dövlətin verdiyi rəsmi imtiyazlardan şəxsi rəqiblərinə qarşı qisasçılıq rıçağı kimi istifadə edilməsi;

Altı: DGK-ni dövlətin yeniləşən siyasətindən kənarda tutub, özünün "kolxoz qanunlarını" başa mindirməsi və s.

Hər halda, yuxarıda sadalanan və sadalanmayan məqamlarla bağlı elə dia.az saytının arxivində yetərincə samballı faktlara rast gəlmək mümkündür. Amma təbii ki sözügedən faktların ictimailləşməsinə rəğmən Səfər Mehdiyevin hələ də mövqelərini qoruması anlaşılmayan bir hal kimi qəbul edilir.

Bu arada belə bir informasiya dövriyyəyə buraxıldı ki, Səfər Mehdiyev işindən atılır və onun yerinə kifayət qədər peşəkar gömrük işçisi kimi tanınan İqbal Babayev gətirilir. Bu xəbərin DGK rəhbərliyində necə resonans yaratdığını hadisələin inkişaf axarından da görmək olardı. Bəlkə də yayılan informasiya ilə DGK-dakı yenilənmənin bir zərurət olduğu diqqətə çatdırılmışdı.

Amma Səfər Mehdiyev bütün yeniliklərə və gözəlliklərə qarşı olan bir köhnəlik qalığı olaraq yayılan xəbəri öz arşını ilə alqıladı və İqbal Babayevi öz aləmində bir nömrəli düşməni kimi qəbul etməyə başladı.

Etiraf olunmasa da, bunu sezməmək mümkün deyil. Dünənə qədər məhz peşəkarlığı və media işçiləri ilə danışıq sərbəstliyi səbəbindən daha çox mətbuatda görünməsinə adət etdiyimiz İqbal Babayevin mətbuata yolları tamamən bağlanıb. Səfər Mehdiyev qeyri-rəsmi də olsa, belə bir qadağaya imza atıb.

Bu fakt əslində DGK rəhbərinin hansı əndişə içində olduğunu sübutlayır. Amma Səfər müəllim anlamalıdır ki, artıq qatar çoxdan yola düşüb və ifşa çox yaxındadır".

Dia.az bildirir ki, mənbə DGK-da baş verən maxinasiyaları sübutlayan çox ciddi faktları da redaksiyamıza təqdim edib. Həmin materialları davamlı olaraq diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin...

Bənzər xəbərlər

Gündəm

0.059983015060425