Aug 23

“Azərişıq”a kütləvi etirazlar: prezidentə sabotaj? – Fotolar

“Azərişıq” ASC-nin abonentlərə kütləvi şəkildə artıq borc yazması ilə bağlı şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə demək olar ki, hər gün vətəndaşlar narazılıqlarını bildirirlər.
Reportyor.info xəbər verir ki, daha bir abonent – İlham Həbib şikayətlənib: “Hər ay 20-22 manat işıq pulu gəldiyi halda bu ay 43 manat işıq pulu gəlib. Evdə əlavə heç bir elekterik avadanlığı işləməyib. Yəni aprel, may, iyunda da eyni elektrik avadanlıqları işləyib. Amma çox pul yazılıb. Maraqlıdır niyə?!”

 


Digər narazı abonent Süsən Muradovadır: “89kv.m evdə bu qədər işıq sərfiyyatı olmayıb. Aprel ayında Azərsu, indi ise Azərişığın ov mövsümüdür. Şərhsiz və yiyəsizlik…Onsuzda ödəyəcəm, amma millətimiz əsla qoyun deyil. Şikayətə nə baxan, nə də sayan var…”

Başqa bir narazı abonent isə Emin Əmrahovdur: “Hər ay üçün işıq sərfiyyatı ilə sonuncu ayın işıq sərfiyyatı arasindakı fərqə baxın. Evdə işlənən sərfiyyatı təxmin etdiyimiz üçün bu rəqəm sadəcə olaraq absurdur. Xüsusi ilə bu dönəmdə belə etmək lazım deyildi, hörmətli Azərişıq Azərişıq ASC!”


Nura Rəfili adlı vətəndaş da etiraz edir: “İllərdir ödədiyimiz stabil ayliq məbləğ 15-20 azn olduğu halda bu ay 44 azn borc gəlib. Günlərdir “Azərişıq”ın qaynar xəttinə düşməyə çalışırıq. Amma olmur.

Və bu problem bu ay tək bizdə yox, çox insanda absurd qiymətlər yazılıb. Bəs sizdə necə? Digər ölkələrdə karantin vaxtı kommunallar bağışlanır, bizdə artırılır?

Səbəb gərginliyi azaldaraq rəqəmlərin artmasına səbəb olmaq və ilsonu prezidentə teqdim edilecek hesabatda “əhali karantin vaxtı evdə oturdu deyə çox yazdi” deyərək büdcədən pul mənimsəməkdir?”


Qeyd edək ki, bundan əvvəl də abonentlərin şikayətlərini işıqlandırmışıq. Amma “Azərişıq” ASC vətəndaşların həyatını zülmətə çevirməkdədir.

 

Bənzər xəbərlər

Gündəm

0.043465137481689