Mar 13

Ağamalı Qafarovun mülklərinin siyahısı:evlər, obyektlər -FOTOLAR

Səbayel Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovla keçmiş kürəkəni Vüqar Nağıyev arasında yaşanan qalmaqal haqda ötən günlərdə geniş yazı dərc etmişdik. Həmin yazıdan sonra AFN-in redaksiyasına A.Qafarovun Bakıda sahib olduğu mülklərlə bağlı məlumat daxil olub.



Bildirilir ki, məhkəmə sədri paytaxtın ən bahalı yerlərində böyük ölçülü mənzillərə sahibdir. Həmin mənzillərin ünvanlarını, yerləşdikləri binaların fotolarını redaksiyamıza təqdim edən mənbə iddia edir ki, həmin mülkləri A.Qafarov heç də halal zəhmətilə əldə etməyib: “Çıxartdığı ədalətsiz qərarların, yol verdiyi qanun pozuntularının müqabilində aldığı rüşvətlə əldə edib o varidatın hamısını. Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri Əli Həsənovla və Ali Məhkəmənin sədri Ramiz Rzayevlə isti münasibətləri ona daha çox qol-qanad verib. Yüzlərlə yox, bəlkə də minlərlə insanın haqqında ədalətsiz qərarın ya birbaşa müəllifidir, ya da da göstəriş verəni. Özü də bunu nəinki sədrlik etdiyi məhkəmədə edir, hətta digər məhkəmələrə də təsir imkanları var. Keçmiş kürəkəni, general oğlu olan Vüqar Nağıyevlə aralarında olan insident bunu bir daha sübut etdi. O, Nəsimi Rayon Məhkəməsinə sədrlik edəndə də çox adamı ağlar qoyub”.

Mənbəmiz bildirir ki, A.Qafarov Bakının ən bahalı yaşayış komplekslərindən biri olan “Abu-Arena”da, Ənvər Qasımzadə küçəsi 36-38, Xaqani Rüstəmov 8, Həsən Əliyev 117/37, Xətai 42 ünvanlarında sahəsi yüzlərlə kv/m olan məmnzillərə, obyektlərə sahibdir. Bundan əlavə, onun Zabratda böyük bir sahədə dəbdəbəli bağ evinin olduğu bildirilir: “Bütün bunlar hamısı onun həyat yoldaşı Natella Qafarovanın, qızlarının və oğlunun adınadır. Ağ Şəhərdəki iki mənzildən biri həyat yoldaşının, biri də oğlu Qafarov Kamranın adınadır.
Ağamalı Qafarovun bir neçə bahalı xarici avtomobili də var. Qardaşı oğlu Qafarov Elməddin Oqtay oğlunun adına qara rəngdə “Mercedess-S”, oğlunun adına “Wolksvagen-Tuareg” olduğunu dəqiq bilirəm. Bunlardan əlavə, Buzovnada torpaqları var. Şəriki var onun vasitəsilə torpaqları alır, məhkəmələrdə işi “həll edir” satdırır. Özünün də “ATRABank”da külli miqdarda vəsaiti var idi, bank bağlananda batdı”.
Mənbə onu da qeyd edib ki, A.Qafarov paytaxtda sahib olduğu mülkləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yaxın adamı vasitəsilə idarə edir: “Daha doğrusu, ona bu işlərdə yardımı Abdin Fərzəliyev edir”.
Ona aid olduğu bildirilən mülklərin siyahısını və fotolarını təqdim edirik:

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Ağamalı Qafarovun mülklərinin siyahısı:

Zabratdakı villası

Ağamalı Qafarovun mülklərinin siyahısı:

Nobel prospektindəki dəbdəbəli binada mənzili

Ağamalı Qafarovun mülklərinin siyahısı:
Ağamalı Qafarovun mülklərinin siyahısı:
Ağamalı Qafarovun mülklərinin siyahısı:

“Gənclik”də yerləşən binanın altındakı obyektlər: meyvə mağazası, marketi

Ağamalı Qafarovun mülklərinin siyahısı:

Həsən Əliyev küçəsində Beynəlxalq Bankın binası ilə üzbəüzdə obyektlər:quru təmizləmə, gözəllik salonu və şüşə sexi.

Ağamalı Qafarovun mülklərinin siyahısı:

Xətai 42-də binanın 2-ci mərtəbəsində ofis (kürəkəninin əlindən aldığı turizm şirkəti)

Ağamalı Qafarovun mülklərinin siyahısı:

K.Rəhimov küçəsi 13 a, mənzil 33-də (Abu Arena) kürəkənin əlindən alıb qızının adına keçirdiyi mənzil

Ağamalı Qafarovun mülklərinin siyahısı:
Ağamalı Qafarovun mülklərinin siyahısı:
Ağamalı Qafarovun mülklərinin siyahısı:

Ağ Şəhərdə “AQP İnşaat”da 2-ci və 6-cı bloklarda mənzillər

Ağamalı Qafarovun mülklərinin siyahısı:

Ənvər Qasımzadə 36-38-də (“Koala park”ın yanındakı bina) ən son mərtəbələrdəki mənzillər

Bənzər xəbərlər

Gündəm

0.026665925979614