Mar 03

Kitab yazmaqdan doydu, indi deputat olmaq istəyir – Vaqif Abdullayevin aktivləşmə səbəbi

Bu gün bəzi kütləvi informasiya vasitələri xəbər yayıb ki, əvvəllər Bakı şəhəri Nərmanov rayonundan millət vəkili seçilmiş, 2007-2018-ci illərdə Xızı və Beyləqan rayonlarında icra başçısı vəzifəsində işləmiş, siyasi elmlər doktoru Vaqif Abdullayevin növbədənkənar parlament seçkilərinə təkrar keçiriləcək seçkilərdə 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürəcək.

Hələlik məlumatı Vaqif Abdullayevin özü təsdiqləməyib. Ancaq xəbərin dövriyyəyə elə öz komandası tərəfindən buraxılması şəksizdir.

Korrupsiya.org bildirir ki, sabiq deputat və icra başçısı olan Abdullayev son il yarımda ancaq kitab təqdimatları ilə yadda qalıb.

Ölkənin birinci şəxslərinə yazdığı, yaxud yazdırtdığı kitabların təqdimatı "Atatürk mərkəzində”, dostu Nizami Cəfərovun kurasiyasında keçirib.

Əlbətdə Abdullayevin kitab sevgisi, yenidən parlamentə qayıtmaq istəyini başa düşmək olar.

Beyləqanda işlədiyi dövrdə küllü miqdarda dövlət vəsaiti mənimsənilib. Bunlarla bağlı aidiyyatı qurumlarda xeyli tamamlanmamış istintaq materialları var.

Nəzərə alsaq ki, son dövrlər bir neçə icra başçısı həbs olunub, onda Abdullayevin qorxusu anlaşılandır.

Axı həbslər vəzifə başında olanlarla yanaşı, cinayət törətmiş sabiq başçılara da toxuna bilər.

İnternetdə adi axtarış vermək bəs edir ki, Abdullayevin vəzifə başında hansı əməlləri törətməsi ilə bağlı təsəvvür olsun.

Onun elmi adı ilə bağlı da şübhələr var.

Bir neçə il əvvəl "XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev özünün feysbuk səhifəsində elmi nüfuzdan salan məsələlərdən söz açarkən, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirməsinin, 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə etməsini şübhəli məqam kimi qeyd edib:

” Gəlin, Vaqif Abdullayevin tərcümeyi-halı ilə tanış olaq və Etibar Əliyevi təəccübləndirən məqamlara diqqət yetirək:

Vaqif İdris oğlu Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür. Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə "3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni ilə təltif edilmişdir. Ailəlidir, 5 övladı, 10 nəvəsi var.”

Bu tərcümeyi-haldan Vaqif Abdullayevin elmi dərəcələri çox sürətlə və əlüstü aldığı aydın görünür. Yəni icra başçısının keçdiyi ömür yolunu və bütün fəaliyyətini nəzərdən keçirdikdə, onun tam saxta həyat və fəaliyyət tarixçəsinin eybəcərlikləri bütün çılpaqlığı ilə üzə çıxır.

Qeyd edək ki, Abdullayev Xızının da icra başçısı olmuşdu. 2012-ci ildə Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisdəki çıxışından sonra onu Xızıdan qovmuşdular.

Ardı var.

 


Kitab yazmaqdan doydu, indi deputat olmaq istəyir – Vaqif Abdullayevin aktivləşmə səbəbi
Kitab yazmaqdan doydu, indi deputat olmaq istəyir – Vaqif Abdullayevin aktivləşmə səbəbi
Kitab yazmaqdan doydu, indi deputat olmaq istəyir – Vaqif Abdullayevin aktivləşmə səbəbi
Kitab yazmaqdan doydu, indi deputat olmaq istəyir – Vaqif Abdullayevin aktivləşmə səbəbi

Bənzər xəbərlər

Gündəm

0.022220849990845