Feb 20

“Məni təkrar ölümə təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT

Bir müddət əvvəl intihara cəhd edən, Bakıda dələduz dəstə tərəfindən küllü-miqdarda əmlakı mənimsənilən gürcü sahibkar Leyla Janaşiya Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyeva, Azərbaycan Respublkası Baş Prokuroru Zakir Qaralova,Daxili İşlər Naziri Vilayət Eyvazova
Gürcüstanın Azərbaycan Respublikası Səfirliyinə və KİV nümayəndələrinə yenidən müraciət edib.

Həmin müraciəti olduğu kimi dərc edirik:

“ Yasamal rayonu ,Nizami -31 , Janaşıya Leyla Mixailovnadan

Ə R İ Z Ə

Hörmətli cənab Prezident !!!
Hörmətli Prokuror!!!
Hörmətli cənab Nazir!!!
Hörmətli cənab səfir!!!
Hörmətli KİV nümayəndələri!!!


Yazıb Sizə bildirirəm ki, 1996- cı ildən Azərbaycana gəlib- gedirəm. Özüm Gürcüstan vətəndaşıyam.Təxminən 2006 –ci ildə Gürcüstan Respublikasının vətəndaşı ,milliyyətcə azərbaycanlı olan Rebeka (təxminən 2008- 2009 –illərdə o yaşının bu vaxtında hansı məqsədlə Naira adını dəyişərək Rebeka adını rəsmiləşdirmişdir) Saxtarova adlı qadınla tanış oldum.(Ünvan:Bakı Şəhəri,Nərimanov r-nu.Təbriz küçəsi,770-ci məhəllə,ev 6 .mənziil 68) Həmin ərəfələrdə mən qədim (antekvar ) əşyaların alqı -satqısı ilə məşğul olurdum. Bu baxımdan mən azərbaycan dilini bilmədiyim üçün Rebeka icarə məsələlərində, vergi məsələlərində mənə köməklik edirdi. Sonradan Rebeka mənim etibarımdan sui- istifadə edərək mallarımın ona məxsus olduğunu bildirdi. Mən xarici vətəndaş , Azərbaycan dilini bilmədiyim üçün Rebeka mənim başıma çox oyun gətirdi.Özü və tanışlarının məni aldatmasına şərait yaratdı. Belə ki, Rebeka-Dilarə Bağırova cütlüyü əlbir olaraq plan qurdular, guya Dilarəyə mənim pul borcum olduğunu bildirərək 28 dekabrda Miqrasiya İdarəsinə məndən şikayət verdi. Dilarə Bağırova qanunu bildiyi halda ,niyə polisə ,məhkəməyə deyil məhz Miqrasiya İdarəsinə müraciət etmiş,mənim Respublikadan Deport olunmağımın xahişini etmişdir. Məntiqi götürsək əgər mən ona borclu idimsə, o əksinə mənim çıxışıma qadağa qoydurmalı idi. Bu Turalın Rebeka və Dilarə ilə qurduğu oyun idi. Məni Respublikadan kənarlaşdırmaq, mənə məxsus olan malları mənimsəmək!!! Tural Əhmədov gah özünü DTX əməkdaşı, gah polis işçisi kimi təqdim edərək min bir oyundan çıxır. Mənim DİN-ə yazdığım ərizələri birinə də bu günə kimi heç bir cavab verilmədi. Tural haqqında sorğu verilərsə onun dələduzluğu barəsində çoxlu faktlar ortaya çıxar.
Mən Rebekanın və Turalın məndən aldadıb pul qopartdığını biləndə 27 apreldə Rebeka ilə dalaşdım. İki gündən sonra 30 apreldə Rebeka mənə dedi ki, sənin artıq mağazada heç bir şeyin yoxdur,mağazanın açarını dəyişib, məni ora buraxmadı, telefonlarıma cavab vermədi.
Onu da qeyd edim ki, Tural Etibar oğlu Əhmədov (055382 0082,055 446 57 49) polislərin guya məni axtardığını , vergiyə borclu olduğumu bildirərək müxtəlif adamlara polis adı ilə zəng etdirərək Yasamal,Səbail, Nəsimi polis idarələrinə dəvət etdilər. O polis adı ilə üç polis (055 624 31 89, 050 404 35 54, 055 211 67 56) bu nömrələrdən mənə zəng elətdirib məni hədələdilər.Tural 3000 dollar həmin polislərə vermək adı ilə məndən pul alıb polisləri susduracağına söz verdi.Mən ona pul verəndən sonra onlardan mənə zəng gəlmədi.
Xahiş edirəm ki, özünü DİN-in əməkdaşı kimi təqdim edən Turalın vəkil Şahinin adı ilə məndən aldığı 1000 dollarımın , məndən vergiyə görə aldığı 13 min dollar məbləğində olan gümüş əşyalarımı 5000 dollara verib vergiyə, 3min dollar guya polislərə verdiyini iddia edərək məndən aldığı pulların mənə qaytarılmasına kömək edəsiniz. Rebeka 2018 –ci ildə nəvəsinin sünnətində mənə dedi ki, evimə gəlib gedənlər var. Sənin mağazada olan mebellərini müvəqqəti gətir evə qoyum, sünnətdən sonra qaytararam . Mən ona 23 min dollarlıq mebel iki böyük şəkil, bir farfor vaza verdim. Sünnətdən sonra mallarımı istədikdə bu gün sabah qaytararam adı ilə mənə qaytarmadı. 2019 –cu ildə 7 martda mən, 96 min dollar Rebekaya Türkiyədəki Erol Bilgen adlı iş adamına göndərdikləri əşyaya görə pul ödədim. Bildirirəm ki, mən Dilarə Bağırovadan tez –tez pul faizə götürürdüm. Dilarə Nəsimi ərazisində lambardda işləyir. Hissə-hissə götürdüyüm pulları vaxtında ona ödəyirdim. 2016-cı il fevralın 21- də mən Dilarə Bağırovadan yenidən 10 min dollar 6 faizlə pul götürmüşdüm. O pulu o vaxt mağazaya .BUM-a özü gətirdi. Qəbzsiz filansız.2017 –cı il dolların devalivasiyasından sonra mən pulun ödənilməsini gecikdirəndə o mağazaya gəlib , hay -küy qaldırıb , məni küçə sözləri ilə təhqir edirdi.Hətta mağazadakı malları götürüb sındıracağı ilə də hədələyirdi. Bir gün o gəlib məndən girov tələb etdi.Mən 15 adda müxtəlif gümüş əşyaları ona Lambardda aparıb verdim.Orada onun Eksperti yoxlayıb malları götürdü. Mən borcumu ona hissə -hissə ödədim. Ümumilikdə ona 52 min dollar faizlə , hətta gecikəndə üstünün peniyası ilə birlikdə ödədim.2018 –ci il 20 iyulda mən borcumu tamam ödədim. O mənə verdiyim əşyaları qaytarmaq istəmədi. Mənə dedi ki, hələ pulu hələ tam ödəməmisən. Mən mallarımı tələb edəndə o , guya ona pul borcun əvəzində verdiyim malların saxtalığı barədə Səbail Polisinə ərizə verdi. Orada istintaqın rəisi onun yaxın adamı idi. O məndən ərizə verməklə guya həmin malın saxta olmasını əsas gətirdi.Beləliklə o mənim mallarımı bu günə kimi qaytarmadı.Üstəlik Rebeka ilə əlbir olaraq Miqrasiyaya ərizə ilə müraciət edib məni deport olmağımı tələb etdi.Bildirim ki, Rebeka vaxtilə Dilarə ilə Lombardda bir işləyirdi, onun vasitəsi ilə mən onu tanımışam.
Mən 2004-cü Nübar Əliyeva adlı qadınla BUM –da mağazada tanış olmuşam.O ora gəlib geyim malları satırdı. 2012-ci ildə mən ondan 20 min dollar, 5 faizlə 3 illik borc götürmüşəm.2015 ci ildə mən borcumu tamam bağladım. Nübarın Lalə Məmmədzadə adlı qadınla yaxınlıq edirdi. 2017 –ci ildə mən Nübardan yenidən 25 min dollar pul, 5 faizə borc götürdüm.Hər ay ona 1250 dollar faiz pul verirdim. Bir ilə ,2019 –ci il 30 aprelə kimi mən ona mütəmadi olaraq hər ay 1250 dollar faiz pul verirdim.Belə ki,mən ona ilə 15000 ABŞ dolları pul ödəmişəm. Ümumilikdə mən ona 2 il 8 aya 35.000 dollar faiz pul ödəmişəm. Belə ki, mağzam Rebeka tərəfindən məlum məsələ ilə bağlı bağlandı,mənim gəlirim olmadı ki, ona faiz ödəyim. O hay küy edərək mənə hədə gəldi. Mağaza bağlı olduğundan gəlirim yox idi. O əvvəl gəlib məndən 30.000 dəyərində 4 farfor vaza girov götürdü, 30.000 dəyərində 3 gümüş vaza girov götürdü. Avqust ayında 2019 ildə faiz gecikəndə o mənlə dalaşdı, oğlum müdaxilə edəndə oğlumla dalaşdı , məni hədələdi ki, oğlunu polisə verərəm. Müstəntiq Cavid Məmmədov məndən 13 min dollar pul almışdı. Guya mənim mallarımı geri qaytaracağına sız verdi.Lakin o onlarla birləşərək mənim başıma oyun gətirdilər.Bakı şəhər Prokuroru İlqar Abbasovun müdaxiləsindən sonra Cavid Pulumu qaytardı. İşimi isə təkrar araşdırmaq üçün yenidən Cavidə göndərdilər. 12 dekabr 2019 ildə mən Caviddən aldığım pulun 5min 500 ABŞ dollar götürüb Nübara verdim. 17 dekabrda ona 4000 dollar əlavə pul verdim. Lakin o yenə sakitləşmədi. O vaxtilə Rebekanın məni aldatdığını gördükdə mənə guya kömək məqsədi ilə tanışı vəkil Elçin Sadıqovu məsləhət görmüşdü. Elçinə mən natariusdan etibarnamə, verdim. Elçinə 2.400 manat Dilarə və Rebekanın işinə görə, 1000 ABŞ dolları ,məni Kürdaxanıya göndərdiklərinə görə , Miqrasiya getmək üçün məndən pul aldılar. Pulum olmadığı üçün , mənim rəfiqəm Nevrastan Surmanidze öz qızılını lambarda gorov qoyub 1000 dolları gətirib Nübara evində verdi. Nübar bu pulun az olduğunu Elçinə əlavə pul verməyimi tələb edirdi.Ona görə 2min manat isə pulu yaxında 18 dekabrda mən Elçinə Nübarın vasitəsi ilə verdim. Nübar Leyla adında tanışından guya 5000 manat borc pul götürüb ,2000 manat Elçinə mənə isə , 1500 manat Türk vətəndaşı Cemə vermək üçün , 1000 manat mənə verdi, ki, mallarımı Dərnəgüldən gətirim. Mən mebelləri gətirdikdən bir həftə sonra , Nübar mənə zəng edib,məndən pulları qaytarmağı tələb etdi. Yara adlı qadınla mənim təzə mağazama gəldi, mən mağazada olmadığım halda , küçə söyüşləri ilə mənim ünvanıma mağazadakıların yanında məni təhqir etdi. Mənə zəng edib , pul tələb edərək məni ölümlə hədələdi. Nübar telefonda qışqıraraq mənə dedi ki, get özünü öldür,sənə ipək kəndir alaram ,as özünü. Onsuz da , sən ölsən belə , mən pullarımı sənin uşaqlarından alacağam.Mən Elçinə zəng edib ağladım , dedim ki, Nübar bura gəlib hay -küy salıb məni ölümlə hədələyir. Onu başa sal. O isə mənə dedi ki, mən prosesdəyəm. Çıxıb zəng edərəm. O mənə zəng etmədi. Sonra mağazaya gəldim, Elçinə zəng edib sənədlərimi qaytarmağımı tələb etdim, ağladım.Elçin mənlə bir dəfə müqavilə bağlayıb.Orada cəmi 1000 manat pul göstərilib,qalan aldığı pulun nə qəbzini nə müqaviləsini mənə təqdim etməyib. O boyda pul vermişdim Elçinə vəkillik xidmətə görə.Bir dəfə də olsun o mənə zəng etmədi. Nübar və Elçin mənə dedi ki, əlimizdə sənin deport etməyə kağız var, sənin burda qalmağına az qalıb. Mən şokda idim. Mağazaya gəlib “Azaleptin “ adlı dərmanı içdim.Elçinə vatsapla zəng edib, sənədlərimi qaytarmağı tələb etdim. Sonra mən özümdə olmadım. Ayılanda özümü xəstəxanada gördüm.4 gün komada qaldım. Mən xəstəxanadan çıxandan sonra Nübar məni rahat buraxmadı. Nübarın rəfiqəsi Leyla mən xəstəxanada olanda rəfiqəm Nevrestana zəng edərək ona deyib ki, Lela dərman içib ölsə də, uşaqları ki, var, biz pulu onun uşaqlarından alacağıq. Mən xəstəxanada olanda, Nübar məni tanıyan mağazaları gəzərək ,bütün tanışlarıma deyib ki, guya mənim ona 250.000 ABŞ dolları borcum var. Soruşuram bu qədər pul onda nə gəzir? Və özü vaxtilə pasport otdelində işləyən xanım mənə pulu ən azından notarial qaydada verməli idi. Mən ondan pulu götürəndə əvəzinə girov mal qoymuşam .Xəstəxanadan çıxandan 2 gün sonra gecə Lala adlı tanışım mənə zəng edib , guya mən onun oturaq şəklini Nübara göndərdiyimi bildirmiş, məni hədələməyə başlamışdır. (Səs yazısı var) Təxminən 13 dekabrda mənim həyatıma təhlükə olduğu ilə bağlı mən 102 xidmətinə zəng edib demişdim.Lakin şikayətimə baxmadılar. Bildirirəm, Nübar məni yenidən ölümə təhrik edir. Qoy o məndən aldığı girovlarımı qaytarsın. Mənim ona borcum yoxdur.Mənim bu yaxında dekabr ayında ona verdiyim 9 min 500 ABŞ dollarımı qaytarsın.O pul mənim deyil. Elçinə isə verdiyim 2400, 1000 ABŞ dolları ,2000 manatımın qaytarılmasını tələb edirəm. Elçin mənə heç bir yardım etməyib. Bir dəfə Miqrasiya İdarəsinə gedib. Miqrasiyaya da şikayətləri özləri təşkil ediblər. Bir iki dəfə ərizə yazıb ki, o ərizələrdən heç bir cavab bu günə kimi almamışam.Bildirirəm ki, Nübarın bu gün qızışdırdığı , oyuna saldığı Lala , güya onun oturduğu yerdə çəkilən şəkli mən Nübarın rəfiqəsi Yara adlı tanışına göndərmişəm. O Yara ki, mənim intihar etməyimin səbəbkarıdır. Mən ondan nə pul almışam nə də tanıyıram.Bunu Nübar təşkil etmişdir.Lala mənə zəng edərək məni dinləmədən məni təhqir etmiş və hədələmişdir. Bu azmış kimi, o növbəti gün ,11 yanvar saat 17 radələrdə Lala və Zemfira Məmmədova adlı qadınla iş yerimə hücum çəkərək qapını açmağı tələb etdi.Qızım orada ona içəridə başqa adamların olduğunu bildirdikdə o küçədə qışqıraraq mənim ünvanıma təhqiramiz ifadələr işlətdi, məni deport etməklə hədələdi. İş yerimdə olan tanışım onu mədəni olmağa dəvət etsə də o qadını təhqir etməkdən çəkinmədi, onu hədələdi və qapıda durub telefona çəkməyə başladı.Qızım 102 xidmətinə müraciət etdi.
Bildirirəm ki, bu qadın üstəlik bazar günü axşam saat 12 radələrində tanışım Nevrostana zəng edərək məni yenidən hədələməyə başlayıb.Bildirirəm ki, bu oyunları quran Lala məndən vaxtilə 2500 dollarlıq vaza alıb.Hələ də malımı qaytarmır. Elcinə verdiyimiz pula görə Nevrostan qızılını Lombarda qoyub ona vermişik.İndi Lala mənə borclu olan pulu ödəmək əvəzinə məni şantaj edir . Hal- hazırda onlar birləşərək məni şantaj etməklə hədələyirlər.Baxmayaraq ki, onlar bilir ki,mən xəstəxanadan təzə çıxmışam. Məqsədləri məni öldürüb mallarımı mənimsəmək. İntihar faktı ilə bağlı Yasamal Prokurorluğunda araşdırma gedir. Dələduzluq barədə Səbail polisində araşdırma var. Bu yaxında Lala zəng edərək bildirdi ki, biz Nübar,Rebeka , Dilarə birləşmişik. Bildirirəm ki, bu şəxslər məni təkrar ölümə təhrik edirlər. Bazar günü Lala yenə də mənə səs göndərərək məni ölümlə hədələyir.Polisə , Prokurorluğa müraciətlərim baxılmır. Mənim barəmdə böhtan dolu Haqqın .az Saytında , qarşı tərəfdən münasibət öyrənmədən yazı verilmişdir. Həmin yazını onlar Tibilisiyə mənim ailəmə , dost tanışlarıma göndərərək ünvanıma təhqiramiz ifadələr işlədirlər. Bildirirəm ki, bu vaxta qədər prokurorluq , DİN mənim müraciətlərimə cavab vermirlər. Elton Məmmədov haqqında böhtan deməkdən çəkinmirlər. Halbuki, mənə onunla heç bir əlaqəm yoxdur. Əksinə onları himayə edən Səbail rayon İH- də adını çəkmək istəmədiyim xanım durur.Onlar mənə deyirlər ki, bizim dalımzda o xanım durur, o Prezidentə, onun xanımına çıxacaq, məni Respublikadan deport edəcək.Mallarını isə özümüz götürəcəyik. Bildirirəm ki, Elçin Sadıqov mənlə müqavilə bağlayıb. Digər tərəfdən Elçin onlara da rəsmi vəkillik edir. Bu 4 nəfər Nübar, Dilarə Rebeka , Yaroslav(Yara)Nəsimi rayonunda yerləşən 54 saylı natariusda Elçinə onlara hüquqi yardım etmək üçün rəsmi etibarnamə vermişdir.Bu necə ola bilər? Beləliklə o vəkillik adına xələl gətirir. Bu günə kimi istər Prokurorluq mənim intiharla bağlı, dələduzluqla bağlı , hədə ilə bağlı işimi əngəlləyir. Mən Nübar , Yara və Elçinin ucbatından intihar etmək məcburiyyətindəı qaldım. Bu boyda cəzasızlıq, arxayınçılıq bunlarda hardandır??? Onları kim himayə edir? Üstəlik cəzasızlıqdan təkrar məni intihara sürükləyirlər. 3 dəfə 102 xidmətinə müraciət etmişəm. Sadəcə bir dəfə də olsun bir ölçü götürülmür. Mən Ölkə Prezidentinə , müraciət edirəm!!! Bu dələduz dəstə barəsində ciddi ölçü götürüb ,onları cinayət məsuliyyətinə cəlb etməyinizi xahiş edirəm.

İmza : L. Janaşiya”


“Məni  təkrar ölümə  təhrik edirlər” –Gürcü sahibkardan Azərbaycan prezidentinə MÜRACİƏT

Bənzər xəbərlər

Gündəm

0.033150196075439