Feb 15

Xaricdən "su qiymətinə" alınan "zajiqalka"lar daxildə "od qiymətinə" satılır — QİYMƏTLƏR

2019-cu ildə Azərbaycana xaricdən 24 milyon 64,6 min ədəd təkrar doldurulan cib alışqanları gətirilib.


Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, alışqan idxalı 2018-ci illə müqayisədə 32 dəfə artıb. Belə ki, 2018-ci ildə xaricdən 752,5 min ədəd təkrar doldurulan cib alışqanları gətirilib.


Ötən il idxal olunan alışqanın gömrük dəyəri ümumilikdə 1 milyon 133,7 min dollar olub. Bu isə o deməkdir ki, xaricdən gətirilən alışqanların 1 ədədinin orta gömrük dəyəri 4,7 sent (8 qəpik) olub.


Məlumat üçün bildirək ki, 2018-ci ildə idxal olunan alışqanın 1 ədədinin orta gömrük dəyəri 14,4 sent (24,5 qəpik) olub.


Maraqlıdır ki, son bir ildə alışqanların idxalında kəskin artım, qiymətində isə kəskin ucuzlaşma olsa da, bu daxili bazarda hiss olunmayıb. Hazırda bazarda ən ucuz alışqanın qiyməti 40 qəpik təşkil edir.

Bənzər xəbərlər

Gündəm

0.036393880844116