Jan 23

20 yanvar şəhidləri üçün halva bişirtdirdiyinə görə şagirdlərdən 2 manat istəyən direktor-RƏZALƏT

Xırdalan şəhər 9 saylı  məktəbdən  valideyn şikayəti var.

Qeyd edək ki, bu məktəb zaman-zaman qalmaqallarla gündəmə gəlib.

2016-cı ildə şagirdin qadın müəllim tərəfindən döyülməsi xəbəri bir neçə gün KİV-lərdə baş xəbər oldu.

2018-ci ildə məktəbin dəhlizində yuxarı sinif şagirdi bıçaqlandı.  Direktor Həcər İbrahimova nə qədər çalışsa da xəbəri gizli saxlaya bilmədi.

Bu dəfə isə təhsil adına rəzalət baş verib. 20 yanvar şəhidlərinin anım günü ilə bağlı ibtidai siniflər xeyli əziyyət çəkib, hazırlaşıblar.

Tədbir yüksək səviyyədə keçib.

Ancaq səhəri gün direktor tədbirdə iştirak edən şagirdlərin valideyninə tapşırıb ki, 2 manatdan pul yığsınlar. Çünki şəxsən özü şəhidlər üçün halva başırirtdirib, üstəlik videoçəkilişə və sair işlər üçün xərci çıxıb.

Bu valideynlərdə böyük çaşqınlıq və hiddət yaradıb. İndiyənədək direktor müxtəlif bəhanələrlə pul yığıdırmışdı, ancaq sonuncusu əndazəni aşmaq oldu. Yerli Təhsil Şöbəsi isə deyəsən bu direktorla bacarmaq gücündə deyil. Məsələyə nazir özü qarışmasa Həcər İbrahimovaya dur deyən oilmayacaq.

 

Bənzər xəbərlər

Gündəm

0.018619060516357