Nov 25

AZƏRTEXNOLAYN MMC kimə arxalanıb məcburi köçkünü məhkəmələrdə süründürür-RƏZALƏT

Məhkəmə sistemi hakimiyyətin bir qolu olaraq ədalətə söykənir. Hüquq elmi də bu cür deyir. Konkret ifadə etsək, məhkəmə ədalətlə birgə dövlətin özü və siması deməkdir. Nəhayət, məhkəmə dövlət quruluşunun hansı qayda və qanunlar üzərində dayandığını göstərən güzgüdür. Bir dövlətin mahiyyəti haqda bilgi toplamaq istəyirsənsə, onun məhkəmə sisteminə baxmaq kifayətdir. Bununla həmin dövlətin dünyəvilik prinsiplərinə nə dərəcədə sadiq olduğunu öyrənmək mümkündür.
Müstəqilliyini elan etmiş bütün ölkələrdə hökumət formalaşarkən ədliyyə sisteminin - məhkəmə strukturlarının yaradılması digər təsisatlarla müqayisədə ön planda dayanmışdır. Niyə məhz məhkəmə?!

Sualın sadə cavabı belədir. Yenə ədalətin qorunması, vətəndaşların hüquq bərabərliyinin təminatı, qanunların icrası üzərində məhkəmə nəzarətinin tətbiqi və s. kimi mühüm məsələlər məhz müstəqil məhkəmə sisteminin içərisindən keçir. Hakimiyyətin qollarından biri olaraq məhkəmə orqanının işinə müdaxilə etmək birmənalı qanunla qadağandır. Çıxarılan hökmlər və qərarlar dövlət adından olduğuna görə ədalət mühakiməsini müdaxilələrin qurbanına çevirmək, sifarişin və göstərişin əsirinə döndərmək olmaz. Qanuna zidd qərarların qəbulu hakimin və son hesabla məhkəmənin vicdanına düşən silinməz qara ləkədir. Hətta ən ağır cinayətdir .



TORA DÜŞƏN SATICI

Hazırda ölkədə parodaksal vəziyyət yaranıb. Bəzi dələduzlar onlarla vətəndaşı aldadır, pulunu mənimsəyir. Ancaq onları nə həbs edən var. Nə cəzalandıran. Əksinə bir də görürsən suçsuz adamı saldılar tora, savasızlığından istifadə edib maliyyə bataqlığına saldılar. Özü də məhz məhkəmə orqanlarının əli ilə.
Azerinfo.tv-yə şikayətlə müraciət edən, Xocəvənd rayonundan məcburi köçkün İbrahimov Etibar Zülü oğlu bildirir ki, Bakıda, Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül” bazarında topdansatış mağaza işlədib, orada dəmir “hasar tel” (məftil setka) satışını həyata keçirirmiş.
2016-cı ilin əvvəllərində bazarda ona Sərxan Talıbov adlı şəxs yaxınlaşıb. Deyib ki, o satdığı malın Türkiyədən daha keyfiyyətlisini gətirir. Etibar cavab verir ki, maldan nümunə gətirsin.
Sərxan nümunə gətirəndə həmin malın keyfiyyətli olduğunu görən Etibar əməkdaşlığın necə olacağı ilə maraqlanır. Sərxan deyir ki, bizim malı sat, üstünə pul qoyma, ayda 300 manat verərəm. Etibar bu pula qane olmur. Sərxan 2 gün sonra öz müdiri kimi təqdim etdiyi Aysel Abbasbəyli adlı şəxslə bazara onun yanına gəlir.
Etibarın məvacibi haqda belə razılığa gəlinir ki, ona ilk iki ay 350 manat, qalan ayları 400 manatdan maaş veriləcək.
Aysel deyir ki, satrılan malların pulunu Eibar elə Sərxana versin.
Bəzən elə olur ki, müştəri malı çox istəyir, onda Etibar Sərxana deyirmiş. Sərxan müştərini haradasa anbara aparıb malı özü verirmiş.

Dükanda satılan mallara görə 29.03.2016-cı ildən 29.07.2016-cı ilədək Sərxana ödənilən pulun miqdarı 13.100 (on üç min yüz) manat təşkil edir.
Həmin ilin avqust ayında Aysel Abbasbəyli bazara gəlir, verilən mallar və pullar haqda hesablaşma aparır.Məlum olur ki, 13.100 manatdan kassaya çatan 7050 manat olub.
6050 manat çatmır. Bu məsələyə aydınlıq gətirmək üçün Ayselin Sərxana “ Etibar sənə 13.100 manat ödədiyi halda sən kassaya niyə 6050 manat ödəməmisən “ sualı verir.
Sərxan gah deyir ki, həyat yoldaşı hamilədi ora xərcləyib, gah deyir pul oturmayıb hələ,gah deyir pulu maşından çəkib kimsə və s. Lakin sonda etiraf edir ki, Etibar 13.100 manatı ödəyib.
Boyun olur ki, çatışmayan pulu 3 ay müddətində kassaya ödəyəcək. Bu söhbətin audio yazısı da var.
Bundan sonra Aysel Etibara tapşırır ki, daha Sərxandan qəbz almayınca pul ödəmə,mal satma.
03.08.2016-cı ildən Etibar etdiyi ödənişlərin qəbzini alıb.


ZAVODA DƏVƏT

2017-ci ilin fevralında Sərxan gəlib Etibara deyir ki, onu zavoda çağırırlar. Etibar təəcüblənir ki, nə zavod, nə rəhbərlik. Çünki indiyənədək satdığı malın Sərxan və Ayselin hardan gətirdiyini bilmirdi. İlk görüşdə malın Türkiyədən gətirildiyini deyirdilər.
İndi isə məlum olur ki, “dəmir tel” Sumqayıtdakı Polietilen Boru Zavodu, “Azertexnolayn” MMC tərəfindən istehsal edilir.
Etibar İbrahimov həmin zavoda gedir. Orada onu direktor, xəzinədar, mühasib, və satış şöbəsinin müdiri qarşılayır.
Müzakirə gedir, borc məsələsi aydınlaşır.
Məlum olur ki, Etibar aldığı malların tam dəyərini- 25,069 manatı tam şəkildə ödəyib.
Bu faktı əlindəki qəbzlər də təsdiq edir.
13.100 məsələsində kassaya ödənilməyən 6050 manat barasində Sərxan etiraf edir ki, Etibar ödəyib, sadəcə özü kassaya borcu qalıb.
12.600 manat isə Etibar qəbzlə verib Ayselə. Cəmi 200 manatı Ayselə onun hansısa xahişinə görə qəbzsiz verib.
Məsələ aydınlaşır. Etibar İbrahimovdan üzr istəyirlər. Səhlənkarlığa görə Aysel və Sərxan işdən uzaqlıaşdırılır.
Zavod rəhbərliyi yenə əməkdaşlıq təklif edir. Etibar rədd cavabı verir ki, 11 ay zavodun malını satıb. Bir manat maaş almayıb.

MƏHKƏMƏ VƏ SAXTA HESABLAŞMA KAĞIZI


Üstündən bir il keçəndən sonra , 2018-ci il fevralın 5-də həmin zavodun nümayəndəsi olan Rəfael adlı şəxs və yanında bir nəfər hesablama aparmaq üçün onun dükanına gəlir. Etibar onları dükandan qovur.
Lakin onlar ikinci dəfə dükana gəlir, Etibar İbrahimova and -aman edirlər ki, daxili auditə görə hesablaşma aparırlar. Ona borcun olmamasına dair sənəd verəcəklər. İbrahimovun savadsızlığından istifadə edib adi kseroks kağızındakı hesabata, üzləşməyə imza atdırırlar.
Etibar İbrahmov bir də onda ayılır ki, “Azərtexnolayn”MMC onu 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə verib.
İddiaçı “Azərtexnoonlayn” MMC cavabdeh İbrahimov Etibar Zülü oğluna qarşı iddia tələbində göstərir ki, İbrahimov Etibar Zülü oğlu tərəfindən “Azertexnonlayn” MMC-dən 29.03.2016-05.10.2016 tarixləri əsasında müxtəlif çeşidlərdə mallar alınmışdır.

Bununla bağlı iddiaçı ilə cavabdehin arasında 05 fevral, 2018-ci ildə “görülmüş işlərin hesabatı üzləşdirilməsi və ödəniləcək məbləğlərinmüəyyən olunması” baradə müqavilə bağlanıb.
Qısaca olaraq yazaq ki, iddiaçı göstərir ki, guya Etibar İbrahimov 28.504.29 azn məbləğində mal alıb. Cəmi 13.040 ödəniş edib. 15.353.59 azn məbləğində borcu qalıb.

Təbii ki, məhkəmə nə kseroks kağızındakı üzləşmə-müqaviləni , nə gülünc iddia tələbini qəbul etmir.
Hakim Məhəmməd Əkbərov işə ədalətlə baxır, “Azəetexnolayn”MMC-nin iddiasını təmin etmir.

Əslində heç bir ağlı başında olan hakim belə qurama sənədlərlə olan iddianı təmin edə bilməzdi.
Ancaq zavod rəhbərliyi öz əməkdaşlarının basıb-yediyi pulu məcburi köçkünün belinə yükləməkdə qərarlı idi.
11 dekabr , 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il qətnaməsini ləğv edir.
İş üzrə yeni qətnamə qəbul edir. Hakim Kəmalə Abıyeva qərara gəlir ki, cavabdeh iddiaçının tələb etdiyi pulu ödəməlidir.
Vəssalam, bu da “ədalət”.
Əvvala, bu müqavilə adlanan kağız parçasının, yəni hansı ki, 05 fevral, 2018-ci ildə tərtib olunub və “görülmüş işlərin hesabatı üzləşdirilməsi və ödəniləcək məbləğlərin müəyyən olunması” baradə müqavilə adlanır. Bunu dünyanın heç bir ölkəsində, heç bir məhkəmə rəsmi sənəd kimi qəbul etməzdi.
İkincisi, Etibar İbrahimov adi bazarda işləyən kişik alverçidi. Sərxanla tanış olub, malını satıb. Minlərlə adam bazarlarda belə şifahi razılaşma əsasında işləyir. Axı Sərxan yaxud Aysel özlərini zavod nümayəndəsi kimi təqdim etməyiblər.
Onlara ödənilən pullar və məhz onların zavoda ödəmədikləri pullları niyə Etibar İbrahimov ödəməlidir?
Hakim cavabdehin əlindəki çekləri görmək, onu heç dinləmək istəmədi. Niyə zavoddan qovulan işçilər-Aysel və Sərxan şahid qismində dindirilməyib?
Daha bir nüans- Aysel Abbasbəylinin tərtib etdiyi sənəddə ödənilənəcək məbləğ 25.069 manat idi. Məhkəmə iddiasında isə bu məbləğ 28.504.29 azn göstərilir. Bəyəm borc “balalayır” yaxud necə olur ki, artır?
Məsələ ondadır ki, Etbar İbrahimov 2017-ci ildə zavodda borc məsələsini aydınlatdıqdan, hansındakı onun borcu olmadığını etiraf etmişdilər, həmin zamandan “dəmir tel” istehsal edən sex bağlanıbmış.
Xeyli keçəndən sonra sexi Rəfael təhvil alıb işlətməyə başlayıb. Ortada Aysel və Sərxandan qalan borcu kiməsə “yükləmək” lazım olanda həmin o müqaviləni şirin dillə Etibara imzaladıb.
Zavod rəhbərliyi gözəl bilir ki, pulun dalına kim keçib. Ancaq nə etsinlər. Sən demə Aysel Abbaszadə MMC rəhbərinin dost-doğma dayısı imiş. Sərxan da Ayselin qaynı.
Dayıdan borcu necə tələb etsinlər? O dayı ki, deyilənə görə ən tanınmış güc strukturlarından birinin rəhbəridir. Generaldır. Ancaq ədalətli genaraldır. Qohumunun dələduzluğu qulağına çatsa heç də yaxşı olmayacaq. Diğər tərəfdən MMC-nin sahibinin qeyri-rəsmi Rövnəq Abdullayev olduğu da deyilir. Bəlkə də addan və yerlibazlıqdan istifadə edirlər.
Bazar alverçisi, xırda ticarətçi olan məcburi köçkünü maliyyə quyusuna salanların audio yazıları, etirafları da dərc olunacaq.
Etibar İbrahimov isə prezidentə şikayət məktubu ünvanlayıb. Mövzuya qayıdacağıq.

AZƏRTEXNOLAYN MMC kimə arxalanıb məcburi köçkünü məhkəmələrdə süründürür-RƏZALƏT
AZƏRTEXNOLAYN MMC kimə arxalanıb məcburi köçkünü məhkəmələrdə süründürür-RƏZALƏT

Bənzər xəbərlər

Gündəm

0.025199890136719