TənqidNov 21

"Tac Mahal" MTK-nın tikdiyi binada "dərə xəlvət, tülkü bəydir"

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış bunasının sakinləri yenidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Fövqələdə Hallar nazir Kəmaləddin Heydərova, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə  Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

 

Sakinlər 12 ildir ki, “kupça” problemin həll edə bilmirlər 

 

Həmin müraciətdə bildirilir ki, yaşadıqları binanın təməli 2003-cü ildə "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən qoyulub. 2007-ci ildə tikintisi başa çatan 300 mənzilli binada o vaxtdan yaşayış mövcuddur. Lakin 12 ildən artıq müddətdir ki, sakinlər öz halal pullarını ödədikləri mənzillərinə mülkiyyət şəhadətnaməsi ala bilmirlər. Kooperativin rəhbərliyi bu prossesi müxtərlif bəhanələrlə yubadır. Hər il "bu il həll olunacaq" deyir, illər keçir, problem isə həll olunmur.

Bir mənzili başqa bir vətəndaşın adına keçirmək üçün hər otağına 1500 manat pul tələb edirlər. Ona görə də "Tac Mahal" Mənzil Tikinti Kooperativin rəhbərlyi binanın özəlləşdirilməsində maraqlı deyil. Baxmayaraq ki, Prezidentin bu ilin fevral ayında çoxmənzilli yaşayış binalarına çıxarışların verilməsi barədə fərmanı vardır:

"Azərbaycan Respublikasının vətəndaşları kimi bizim bütün hüquqlarımız pozulur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü - "Mülkiyyət hüququ" maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Konstitusiyanın 43-cü- "Mənzil hüququ" maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". 

Şikayət məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 139-cu maddəsinə, "Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında" qanunun 152-ci maddəsinə əsasən daşınmaz əmlaka görə vətəndaşların hüququ və əmlakın qeydiyyat məsələləri tənzimlənir: "Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla bizə verilən hüquqlardan məhrum edilmişik. Yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Ölkəmizin ictimai həyatında, keçirilən seçkilərdə iştirak edə bilmirik. Belə ki, hər bir sakin müxtəlif ünvanlarda, bölgələrdə qeydiyyatdadır. Əmlak hüququmuzla yanaşı, seçki hüquqlarımız da pozulur.

Dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etsək də, qəbullarda olsaq da, bu günə qədər bizim problemlərimizin müsbət həlli istiqamətində heç bir irəliləyiş yoxdur. 
Məmurlar tərəfindən müxtəlif vədlər verilsə də, vədlər yerinə yetirilmir".

Qeyd edilir ki, bu məktubla cənab Prezidentdən Azərbaycan Respublikasının vətəndaşları olaraq Azərbaycan Respublikasının Konstutusiyasının və qanunvericiliyinin bizə verdiyi hüquqların bərpasının təmin edilməsini xahiş edirik: “Biz mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən şəhadətnamənin verilməsini tələb edirik.  Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, illər boyu həsrətində qaldığımız mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən qeydiyyat şəhadətnaməsini ala biləcəyik.”

 

"Şən notlar" uşaq baxçasının fəaliyyəti qanunsuzdurmu?!


"Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış binasının sakinləri məktublarında bildirirlər ki, binanın qeyri-yaşayış ərazisində Məhəmməd adlı şəxs heç bir rəsmi sənədi olmadan, Bakı Şəhər İcra hakimiyyətindən, İqtisadiyyat Nazırliyindən heç bir rəsmi sənəd almadan lisenziyasız, vergi ödəmədən "Şən notlar" uşaq baxçası açıb, qanunsuz sahibkarlıqla məşğuldur. 
Həmin binanı tikən sahibkar Vilayət Talıblı sakinlərin ümumi istifadəsində olan həyətdən 100-150 kv metr ərazini qanunsuz zəbt edərək, "Şən notlar" uşaq baxçasının ərazisinə əlavə etmişdir.