Nov 04

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda dava - Direktor işçilər barədə kompramat hazırlatdırır

"Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş verən qanunsuzluq və bunun fonunda ciddi konfliktlər bitib-tüknmir. Gənc direktor Gülnaz Dadaşvanın naşı idarəetmə sistemi bütün həkimləri, professorları, ağsaqqalları, ahılları, yaşlıları hər kəsi narahat edir. Artıq işləmək mümkün deyil". Bu fikirlər Bizimxeber.az-ın elektron ünvanına İnstitutda baş qaldıran son qalmaqallarla bağlı göndərilən məlumatlarda yer alıb. Bildirlir ki, günlərdir İnstitutun sabiq direktoru, hazırda kafedra müdiri işləyən Adil Baxşəliyevə qarşı ciddi kompromatlar, davalar səngimir. Belə ki, Adil Baxşəliyevi İnstitutdan uzaqlaşdırımaq işi baş həkim, professor Rza Səmədova həvalə olunub. Sayta göndərilən məlumatda bildirilir ki, bir neçə gün əvvəl Elmi-Tədqiqat Kardiologiya İnstitutunda əməlli başlı qalmaqal baş verir. Hətta vəziyyət o həddə çatıb ki, baş həkim, professor Rza Səmədov və ətrafındakılar Adil Baxşəliyevi döyməyə cəhd ediblər. Məlumata görə, sabiq direktor Adil Baxşəliyev İnstutda baş verən özbaşınalıqla barışmır, direktor Gülnaz Dadaşovanın fəaliyyətindən narazılıq edir. Bu səbəbdən də Baxşəliyevi zərərsizləşdirmək üçün işçilərə onun fəaliyyətinin uğursuz olması ilə bağlı öncədən yazılmayan ağ vərəqlərə imza atdırılıb. Nəyin baş verdiyini bilməyən həkimlər də ağ vərəqə imza atıblar. Sonradan bəlli olub ki, imza atdıqları vərəqdə Adil Baxşəliyevlə bağlı ilginc məlumatlar yer alacaq. Həmçinin sözügedən İnstututda çox ciddi hadisələr baş verir ki, yaxın günlərdə oxucuları məlumatlandıracağıq. Məlumat üçün bildirək ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova açıq formada işçilərə təzyiq göstərir, onun qoyduğu qanunsuz qaydalara qarşı çıxanları zərərsizləşdirmək üçün bütün variantlara əl atır.
 
 
 

Bənzər xəbərlər

Gündəm

0.025933027267456