Oct 31

Bələdiyyə sədri saxta sənədlərlə torpaq satır?-FOTOLAR

Bələdiyyə sədri rüşvət qarşılğında saxta sənədlər əsasında torpaq satır.

Xəbər verdiyimiz kimi ötən həftə Qusar rayonunun Bədişqala kənd sakinləri  Kanal32.az-ın redaksiyasına zəng edərək üzləşdikləri qanun pozunutlarından şikayətçi olublar.Onlar iddia ediblər ki,yaşadıqları kəndinin də daxil olduğu Gündüzqala bələdiyyəsinin sədri və onun atası sakinlərdən rüşvət alır və saxta sənədlər əsasında torpaq satır.Torpaq almaq hüququ olanlar isə aldadılır,pulları mənimsənilir.

Bələdiyyə sədri “at oynadır”-FOTOLAR

Bədişqala kənd sakini Balabəyov Fail Eldarbəy oğlunun sözlərinə görə,Qusar rayonunun Gündüzqala kənd Bələdiyyəsinin sədri Nail Babayev və onun atası-bundan öncə kəndin bələdiyyə sədri olmuş Mömin Babayev onların başına olmazın oyununu açıblar.Belə ki,uzun müddətdir ki,onlar torpaq sahəsi almaq üçün həm əvvəlki sədr  Mömin Babayevə,həm də onun “layiqli”davamçısı-oğlu Gündüzqala  kənd bələdiyyəsinin sədri Nail Babayevə ödəniş eiblər.Ancaq bu günə kimi nə torpaq var,nə də pul…Dəfələrlə aidiyyatı üzrə müvafiq qurumlara müraciət etsələr də,heç bir nəticəsi yoxdur.

Qanunsuzluqda ittiham olunan Qusar rayonunun Gündüzqala kənd Bələdiyyəsinin sədri Nail Babayev və onun atası-bundan öncə kəndin bələdiyyə sədri olmuş Mömin Babayevin qurbanları heç də bir-iki nəfər deyil.Xeyli sayda kənd sakini bu ata-bala bələdiyyə sədrlərinin torpaq “alveri”nin qurbanı olub.Məmmədov Hikmət Balamirzə oğlunun ailəsi də həmin qanunsuzlqularıa məruz qalmış sakinlərdəndir.Şikayətçilər iddi edir ki,bələdiyyənin fondunda torpaq var.Amma,həmin torpaqlar bizə yox,başqa imkanlı şəxslərə icraəyə verilir və satılır.

Mövcud problemlə bağlı  Gündüzqala bələdiyyəsinin sədri Nail Babayevin münasibətini isə öyrənmək cəhdimiz isə alınmadı.Belə ki,Onun mobil telefonuna zəng etsək də,nədənsə dəstəyi qaldıran olmadı.

Qusarın yerli qurumları tərəfindən biganəliyə məruz qalan Bədişqala kənd sakinləri redaksiyamız vasitəsi ilə ölkə başçısı Cənab İlham Əliyevə müraciət edərək,üzləşdikləri qanun pozuntularına,haqsızlıqlara və özbaşınalıqlara müdaxilə etməsini xahiş edirlər.

Redaksiya olaraq bildiririk ki,yazıda adı keçən Gündüzqala bələdiyyəsinin mövqeyini dinləməyə hazırıq.

Bənzər xəbərlər

Gündəm

0.044040203094482