TənqidAug 18

Məhkəmə icraçısı şikayətçi qadını döydü-XƏTAİDƏ
 
 

Redaksiyamıza müraciət edən  Əliyeva Kamilə Hidayət qızı  bildirir ki,  Rauf Şirasər oğlu Əliyevlə ailə qurduğu zaman Xətayi r/n Babək 64  blok -2 mənzil 31  ünvanında qanuni şəkildə qeydiyyata düşüb. Ailə başçıları vəfat etdikdən sonra  vərəsələr arasında mülk üstündə baş verən mübahisələr tez bir zamanda münaqişəyə çevrilib. Qaynı Əliyev Fikrət Şirasər oğlu  “Qarabağ qazisiyəm, heç kim mənə bata bilməz” deyərək  onlara zor tətbiq edərək yataq xəstəsi olan həyat yoldaşı ilə küçəyə atıblar.   Kamilə Əliyeva bacısının  evinə sığınıb.    Fikrət  Əliyev  onların qeydiyyatdan çıxarılması məqsədi ilə Xətai rayon məhkəməsinə müraciət edib. Xətai Rayon məhkəməsi  şikayətçinin müraciətini rədd edib, mülkün vərəsələr arasında bərabər bölünməsini qət edib. Eynilə  Apelliyasiya və Ali məhkəmələrdə də təmin edilməyib.Ailəyə məhkəmə qərarı ilə 2 otaq verilib.   Ali məhkəmə “Qərar verildiyi andan qüvvəyə  minir” qərarı versə də icra məmuru Vüsal Umarov vətəndaşların  hər müraciətində  ” İki həftə gözləyin ” deyərək işi uzadır, ailəni onların haqqı olan mənzilə yerləşdirməkdən boyun qaçırır. Vətəndaş Əliyeva Kamilə Hidayət qızı   ən son 16/08/2019-cu il tarixdə Xətai rayon məhkəmə icra şöbəsinə gedərək icranın nə üçün ləngidildiyini soruşub. Vətəndaş iddia edir ki, ona qarşı  amansız davranan icra şöbəsinin rəisi zor tətbiq edib. Bunun nəticəsində qadının dodağı partlayıb. Kamilə Əliyevanın vəziyyətinin pisləşdiyini görən şöbə əməkdaşları əraziyə Təcili Tibbi Yardım çağırıblar.Vətəndaşın iddiasına görə sonra əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.  “İcra şöbəsinə avtomabillə yaxınlaşmışdınızmı?” sualına ” Mən yeməyə çörək tapmıram. Avtomabilim var?” deyə sulla cavab verən  vətəndaş beyinlərdə sual işarəsi qoydu. Görəsən nömrəni səhv yığıblar???

Xanımın digər iddiası isə icra əməkdaşları tərəfindən  əl çantasının və sinəsinin yoxlanılması ,oraya özü ilə apardığı məhkəmə qətnamələrinin  məcburi şəkildə götürülməsidir.

Biz  şikayət obyekti olan Xətai Rayon Məhkəmə icra şöbəsinin rəisindən məsələ ilə bağlı açıqlama gözləyirik. Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

AzTimes.az

Bənzər xəbərlər

Gündəm