Jul 05

Səmədova Qönçə Hacıağa qızı: "8-9 ildir ki, Razim Məmmədovdan öz haqqımı və hüququmu tələb edirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bakı şəhəri Xətai rayonu 2944-cu məhəllə ev 131-də yaşayan Səmədova Qönçə Hacıağa qızı tərəfindən Milletinsesi.info saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

Hörmətli cənab Prezıdent!
Mən 8-9 ildir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdan öz haqqımı və hüququmu tələb edirəm. Lakin heç bir nəticə yoxdur.

PhotoGrid_1561488204451

Dövlətimizin yüksək çinli mənurlarına bu haqda məlumat versəm də, Xətai Polis İdarəsi, onun məmurları Rasim Məmmədov, Teymur Kazımov, Məhəmməd Əliayev, Uğur Məmmədov, Xətai Prokurorluğunu Yusif İldırımzadə və onun müavinləri, Baş Polis İdarəsinin rəisi, İctimai Təhlükəsizliyin rəisi Nurulla Məmmədxanlı, inspektor Fuad Qocayev, icraçı Neman Qasımov, Daxili İşlər Naziri Ramil Usubovun şəxsən qəbulunda olsam da, lakin bu məmurlar hamısı Razim Məmmədovun ətrafında birləşərək qrup halında mənim ailəmə qarşı olan pis niyyətlərini həyata keçirirlər.

Odur ki, mən respublikanın Baş Prokuroru Zakir Qaralovun məni şəxsən qəbul etməsini xahiş edirəm və prokurorluğunu polisə nəzarət komissiyası və monitorinq qrupu təşkil olunub, mənım problem və şikayətlərimin yerindəcə araşdırılmasını xahiş edirəm.

Hörmətli cənab Prezident!
Bu illər ərzində mənim tək qadın olduğumdan istifadə edərək mənə və ailə üzvlərimə hər birinə ayrı-ayrılıqda təqib, təzyiq, şər-böhtan, şantaj etməkdən əl çəkmirlər.

PhotoGrid_1561488458800

1992-ci ildən bəri MİS rəisi Elxan Xakiyev, mühəndis Rafiq Ələkbərov mənim 26,9 m2-lik mənzilimi qəza vəziyyətinə salmışlar. Evinıin bır pəncərəsinin qarşısını qonşum Eyvaza satmış və yerində maşın qaraşı tikdirmişdir.

Xətai İcra Hakimiyyətinin qərarı olsa da, həmin qərar sökülsə də, evimin divarının m2-ni Eyvaz hələ də zəbt etmişdir. Çünki bu şəxs Elxan və Rafıqə rüşvət vermişdir. Mən qarajı sökdürdüyüm üçün bu şəxslər o illərdən bəri mənimlə düsmənçilik edirlər və yenidən bir variant seciblər ki, 8 ildir Sumqayıt şəhərindən gələn Rafiq Ələkbərovun yerlisi olan Səbuhi adlı şəxsə mənim kanalizasiya xəttimin üzərində mətbəx tikməyi qərarı vermişdir və məqsədli şəkildə kanalizasiya xəttimi bağlatmışdır.

PhotoGrid_1561546207534

Demək olar ki, evim hər iki tərəfdən mühasırədədir. Mən hansı orqana, hansı təşkilata şikayətlə müraciət edirəmsə Elxan Xakiyev həmin yerdə peyda olur. Çünki dövlət məmuru olan Əli Əhmədov Elxan Xakiyevin bacanağıdır. Azərbaycanda bu şəxs nə etsə ona yaşıl işıqdır.

Hörmətli cənab Prezident!
Mən bu ünvanda 30 (otuz) ildir ailə üzvlərimlə daimi qeydiyyatdayam. 20 (iyirmi) ildir ki, Xətai İcra Hakimiyyətində güzəştli mənzil növbəsində dayanmışam. Qızım Səmədova Natəvan 1980-cı il təvəllüdlü 6 yaşından bəri astma xəstəliyindən əziyyət çəkir.

PhotoGrid_1561546522523

Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Səhiyyə Nazirliyinin əmrinə görə mənim qızım birinci növbədə mənzillə təmin olunmalıdır. Mənim iki oğlum, bir qızım var. Onların 30-dan 35-ə qədər yaşları var. Mənim bu düşdüyüm vəziyyətə görə məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərindən mənim uşaqlarım ailə də qura bilməyiblər.

O, 30 (otuz) il ərzində yaşadığım ünvanda qonşularım kimi bağ kimi istifadə etdiyim torpaqdan hasar çəkib, ağac əkib və bir otaq da tikmişdim xəstə qızımın hava almasından ötəri. Lakin 2004-cü ildə Xətai İcra Hakimiyyətinin göstərişi ilə Xətai Polis İdarəsinin polisləri tərəfindən mənim bağım talan edildi.

Ancaq mənimlə qonşu olan şəxslər o yerlərdə fərdi yaşayış yerləri qanunsuz olaraq tikiblər. Mənim səlahiyyətim olduğu halda mənə icazə verilməyib, çünki mənə aid olan torpaq sahəsini “Delfin MMC”-yə, Məcid və Səyalıya satmışdır.

Mən bu illər ərzində dövlətin qanunlarını icra edən hüquq-mühafizə orqanlarına müraciət etsəm də həqiqət kənarda qalmışdır, qeyri-qanuni tikən şəxslər isə qələbə çalmışdır.

Prezidentimizin də fərmanı vardır ki, 5 (beş) il hər kəs torpağını istifadə edibsə, artıq o torpaq o şəxsə verilməlidir. Mənim evimin qəzalı olması haqda Xətai İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən akt təsdiq olunmuşdur və Bakı şəhər İcra Hakimiyyətinin başçısı mənə demişdir: - Sən yenə də öz fıkrində qalmısan? Mən ona bildirmişəm, bəli mən öz fikrimdə qalmısan.

Öz haqqım və hüququm uğrunda mübarizə aparacam. Mənim dediklərimdən sonra fikrimdən dönmədiyimi görəndə mənim ailə üzvlərimə qarşı hər birinə dalbadal zərbələr endirmişdır. Hətta məni və oğlanlarımı narkotik maddə ilə həbs etdirmək istəmişdir.

Xəstə qızımı döydürmüşdür. Böyük oğlumun başını yardırmışdır. Balaca oğlumu qapımda maşınla vurdurmuşdur. Faktlar göz qabağındadır. Hətta qapıda saxladığım qaz, toyuqlarıma zəhər atdırıb öldürtmüşdür. Mən Xətai rayon baytarı Rəsul həkimdən təliqə alıb respublika baytarlığına qazın cəsədini aparıb təhvil versəm də, bu günədək təliqənin cavabı gəlməmişdir.

Bütün bu başıma gətirilən münasibətlərdən ekspertizanın rəyi olsa belə bütün bunları Xətai rayonunun prokuroru rədd etmişdir. Çünki adını yuxarıda adını sadaladığım bu şəxslər zəncir kimi qrup halında birləşmişlər.

Mən inana bilmirəm ki, Azərbaycanda haqsızlıq, ədalətsizlik hökm sürsün və özlərini kişi hesab edən bu şəxslər bir qadına qarşı müharibə elan etsinlər. Bu nə dərəcədə haqqa-ədalətə uyğundur. Hətta bu əraziyə qeydiyyatı olmayan Azərbaycanın müxtəlif rayonlarından gələn şəxslər fərdi yaşayış evləri tikmişlər.

Mənim torpağımı zəbt edən “Delfin MMC”-nin 2 ha sahəsi vardır. Xətai prokurorluğunun, Xətai Polisinin, Xətai İcra Hakimiyyətinin, Bakı şəhər Baş Polis İdarəsinin, Daxili İşlər Nazirinin bu işdən xəbərdar olsalar da, qeyri-qanuni olaraq sərəncamdan kənar olaraq 2 ha əlavə mənim torpaq sahəmi zəbt etmişdir.

Torpaq “Delfin MMC”-yə icarəyə verilsə də, tikinti aparmağa heç bir icazə olmadan Xətai İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tərəfındən icazə verilmişdir. Həmin ərazi sürüşmə zonasıdır. Qanunsuz tikinti aparan şəxslərin siyahısını da ərizəmə əlavə edirəm.
Vəli, Ədalət, Bayram, Qəhrəman, Elçin, Çiçək, Gülayə, Əvəz, A.B.Sona, Əflatun, A.B.Murad, A.B.Fikrət, Bayban AB, Eldar A.B., Davud, Turabxan, Sahibəli, Əzizova, Bəhlul, Nəriman A.B, Əlövsət, Abbas, Xəzan, Üman, Məhərrəm, Laçın, Amil, Kərəm, Absalam, Nadir, Hamlet, Aftandil, Əfqan, İsmayıl, Elman, Sabir, Səyalı, Məcid, Safura, Əli, Qafar, Rövşən, Şakir, Tariyel, Hamlet, Nəriman, Qorxmaz.
Hal-hazırda mən Respublika Prokurorluğuna müraciət etdiyim üçün digər hüquq-mühafızə orqanlarına müraciət etmədiyim üçün bu şəxslərin əli-qolu daha da açılıbdı. Onu da qeyd edim ki, Davud, Laçın, Tariyel, Məhərrəm və Almaz xalanın bağında qanunsuz olaraq fərdi yaşayış evi tikilir.


Hörmətli cənab Prezident!

08.06.2005-ci il Xətai rayon İcra  Hakimiyyəti tərəfindən akt tərtib olunmuşdur ki, mənim yaşadığım ev yaşayış üçün yararsızdır. 27.03.2007-ci il s-34 saylı Xətai rayon İcra Hakimiyyəti tərəfındən mənə aid olan torpaq sahəsinə razılıq verilmişdir ki, həmin torpaq uzun illərdir ki, mənim istifadəmdə olmuşdur.

05.03.2004-cü il BŞİN tərəfindən 45 m saylı sərəncama görə “Delfin MMC”-yə 2 ha sərəncam vermişdir, lakin “Delfın MMC” 3-4 ha. XİH-in başçısı və XRPİ-in gücündən istifadə edərək əlavə torpaq sahəsində zəbt etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli fərmanına Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edilməsi məqsədə uyğunluğunu təsdiq etmişdir. ARDƏD reyestr xidmətinin Bakı şəhəri ərazisinə 29.01.08 nömrəli 11/04-976 nömrəli cavaba görə məktuba dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsində baxılmışdır. Sorğuya cavab olaraq “Delfin MMC”-in nə əvvəllər, nə indi hal-hazırda idarənin arxivində şəxsi mülkiyyət qeydə alınmışdır. Mənim qızım Səmədova Natəvan Heydər qızının 1994-cü ildən 15 nömrəli tibbi sanitar hissəsində dispanser qevdiyyatındadır. 6 yaşından astma xəstəliyindən əziyyət çəkir. 2-ci qrup müddətsiz əlildir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 12/366 №-144 əmrinə görə əlavə yaşayış hüququna malikdir. FHN-nin 25/26-01493 02 aprel 2010-cu ildən qəzalı olması, sökülərək yenidən tikilməsi zərurəti təsdiq olunmuş və BŞİH-nin planına salınmışdır.

1977-ci ildən hazıradək 2944-cü məhəllədə yaşayan 131 saylı evdə ailə üzvlərimlə birlikdə yaşayır, qeyd olunan tarixdən evimin arxa tərəfindən 6 sot torpaq sahəsindən istifadə edərək, hasar çəkib, ağac əkib, bir otaq tikmişdim ki, astma xəstəliyindən əziyyət çəkən qızımın hava alması və yaşaması üçün. Lakin XİH-nin başçısı Razim Məmmədov bunu da bizə çox gördü. 22.02.2008-ci il tarixində 3 qonşum tərəfindən 40 №-li Notariat Kontorunda təsdiq olunmuşdur ki, bu torpaq uzun illər mənim istifadəmdə olmuşdur.
Azərbaycaıı Respublikasının Konstitusiyasının qanunlarına görə maddə 31 təhlükəsizlik yaşamaq hüququ.
1. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fıziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Maddə 41. Sağlamlığın qorunması hüququ.
1. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
2. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən dahiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemologiya sağlamlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.
Maddə 13. Mülkiyyət.
l. Mülkiyyətin insan və vətəndaş hüquqları və azadlıqları cəmiyyətin və dövlətbn mənafeləri, şəxsiyyətin, ləyaqəti əleyhinə istifadə edilə bilməz.
“Delfin MMC”-nin rəhbəri Hacı Kamal, nə öz ana-bacısına hörmət etməyi, nə getdiyi həcc ziyarətinə qiymət verməməsi bir kənara, mən anası yaşında qadına şəxsiyyəti alçaldan, insanlığa yaraşmayan və mənim şərəf-ləyaqətimə, namus-qeyrətimə xələl gətirən alçaldıcı, təhqiramiz sözlər deməkdən belə çəkinmir. Hətta mən bu haqda DİN-nin 102 xidmətinə bildirsəm də, ərizə ilə müraciət etsəm də, bu şəxsin gözünü piləyən də olmadı, çünki Azərbaycanın qanun keşiyində duran orqanları Hacı Kamalın arxasında dayanır.
XİH-nin başçısı Razim Məmmədov neçə illərdir ki, məni ailə üzvlərimi təsir altında saxladığı üçün XİH-nə ayaq basmıram. Ancaq 3 il bundan qabaq ilin axırında məni dəvət etdi və onun son sözü bu oldu ki, Sizin hansı əsaslarınız var? Mən ona bildirdim:
1. Ailə başçım yoxdur.
2. Qızım xəstədir.
3. Evim qəzalıdır.
4. 1992-ci ildən XİH-də güzəştli mənzil novbəsində dayanmışam.
5. Nazirlər Kabinetinin əmrinə görə uzun illər mənzil növbəsində dayanan şəxslərə torpaq sahəsi ayrılır.
6. 2 oğlum və 1 qızım var. Xəstə qızıma I növbədə mənzil almaq hüququ var.

Hörmətli cənab Prezident!
Sizdən vətəndaş və ana kimi çox xahiş edirəm ki, çoxsaylı müraciətlərimə cavab vermək istəməyən, süründürməçiliyə salan vəzifə səlahiyyətlərindən sui-istifadə edən korrupsioner məmurların əməllərini ciddi surətdə araşdırıb, rüşvət verib bağ sahələrində ev tikən qonşularım kimi imkanım olmadığından bu şəraitin mənə də müstəsna hal kimi yaradılmasına köməklik göstərəsiniz. Respublikanın baş prokuroru Zakir Qaralovun şəxsən məni qəbul etməsini xahiş edirəm. Prokurorun polisə nəzarət komissiyası, monitorinq qrupu faktları yerindəcə araşdırılmasını xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətli cənab Prezident!
Xahiş edirəm ki, mənim ailəmə köməklik edəsiniz və ölümün pəncəsindən qurtarasınız.

Ailəm adından Sizə təşəkkürüvü bildirirəm.

Hörmətlə: Səmədova Qönçə Hacıağa qızı

Bənzər xəbərlər

Gündəm

0.033102035522461