Almaniya hərbi peyklərə milyardlarla avro xərcləyəcək
Almaniya öz silahlı qüvvələri üçün 2,1 milyard avro dəyərində üç peyk almağı planlaşdırır.
Məlumata görə, ölkədə deputatların iyunun 12-də məsələ ilə bağlı səsvermə keçirməsi gözlənilir.
Onlar həmçinin, müdafiəni gücləndirmək üçün təxminən üç milyard avro dəyərində iki F126 sinifli freqatın alınmasına icazə verə bilərlər.
Qeyd edək ki, rəsmi Berlin dünyada gərginliyin yüksəlməsi fonunda hərbi xərclərini kəskin artırmağı planlaşdırır.
Mənbə:TASS