Restoranlarda müştərinin önündə qalan artıq yeməklər atılmır? - VİDEO
Yemək bizi xoşbəxt edən əsas vasitələrdəndir. Bu, elmi cəhətdən də sübut olunub.
Yaxşı bəs düzgün və qədərində yeməyi bacarırıq? Yoxsa israfa yol veririk? Xüsusən də restoranlarda yeyə biləcəyimizdən daha çox sifariş edəndə bu hal baş verə bilir.
Bəzi restoranlarda müştəri qabağından qalan, əl toxunulmamış yeməklər atılır, bəzilərində isə digər müştəriyə təqdim edilir.
Məsələyə münasibət bildirən restoran sahibi Səid Qocayev artıq qalan qidaların digər müştərilərə verilməsinin gigiyenik cəhətdən yalnış olduğunu deyib.
Daha ətraflı İctimai TV-nin süjetində: