Hakimin görüntülərindən sonra fəaliyyətinə xitam verilib - Azərbaycanda
Astara Rayon Məhkəməsinin hakimi İlqar Məmmədovun hakimlik səlahiyyətinə xitam verilib.
Gununsesi.info yazır ki, bu qərara səbəb hakim İlqar Məmmədovun Hakimlərin Etik Davranış Kodeksinə əməl etməməsi olub. Belə ki, özünə yeni bahalı avtomobil alan hakim dolu yağışı zamanı avtomobilinin dam örtüyünü qorumaq üçün hakim mantiyasını onun üzərinə sərib.
Onun hərəkətləri lentə alınıb və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova göndərilib.
Qurumdandan Mozalan.az -ın sorğusuna cavab olaraq bildirilib ki, İlqar Məmmədovun öz ərizəsi əsasında 19 dekabr tarixində şuranın qərarı ilə vaxtından əvvəl fəaliyyətinə xitam verilib.



















































