Mağazalarda paltar geyinənlərin DİQQƏTİNƏ!
Mağazalarda bir çox insanın geyindiyi paltarların lazımi gigiyena şərtlərinə əməl edilmədikdə müxtəlif dəri xəstəlikləri və infeksiyalar üçün münbit zəmin yarada biləcəyi barədə xəbərdarlıq edilir.
Mozalan.az bildirir ki, Mütəxəssislərin fikrincə, alış-veriş zamanı ölçü yoxlanışı üçün geyindiyi paltarlar, dəri qabıqları, tər qalıqları və üzərindəki mikroorqanizmlər səbəbindən insandan insana ötürülmə riski daşıyır. Xüsusilə də kifayət qədər havalandırılmayan geyinmə otaqlarında eyni məhsulun onlarla insan tərəfindən geyinilməsi qaşınma parazitlərinin, göbələk və bakterial infeksiyaların yayılmasına kömək edir. Bakteriya və virusların müəyyən müddət ərzində tekstil səthlərində canlı qala biləcəyi və bunun zəif immunitet sistemi olan insanlar üçün ciddi risk yaratdığı bildirilir. Bədənlə birbaşa təmasda olan şalvarlarda, köynəklərdə və məhsullarda infeksiya riskinin daha yüksək olduğu vurğulanır.
Medicina.az xəbər verir ki, dermatoloq Dr. Hatice Gamze Demirdağ, yeni paltarların istehsaldan mağazaya çatana qədər bir çox kimyəvi proseslərdən keçdiyini qeyd edib. Demirdağ bu proses zamanı parçaların boyalarla, qırışları aradan qaldıran kimyəvi maddələrlə, yumşaldıcılarla və kif inhibitorları ilə təmasda olduğunu bildirib:
“Bu kimyəvi qalıqlar mağazaya çatdıqda paltarlarda hələ də tapıla bilər. Xüsusilə həssas dərisi olan insanlarda, allergik ekzeması olanlarda və körpələrdə və uşaqlarda qaşınma, qızartı, qabıqlanma və qıcıqlanma kimi problemlər müşahidə edilə bilər”.
Demirdağ, mağazalarda eyni məhsulun ölçü səbəblərinə görə 4-5 fərqli insanın sınaya biləcəyini və bəzi paltarların əvvəllər 20-30 nəfər tərəfindən geyilə biləcəyini söyləyib.
"Bu tip paltarları geyinmək təkcə ekzema və səpgilərə deyil, həm də yoluxucu xəstəliklərə səbəb ola bilər.(Medicina)



















































