Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək.
Mozalan.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan "Factor"un sorğusuna cavab olaraq bildirilib.
O qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətinin maliyyələşdirilməsində iştirakını dayandırır.
“Ermənistan Respublikası “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsi haqqında” 23 noyabr 2023-cü ildə qəbul edilən qərarın tərəfi olmayacaq və sözü gedən qurumun fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. Lakin bununla belə Ermənistan bu barədə qərarın məhdud tərkibdə qəbuluna etiraz etmir”, - XİN sözçüsü vurğulayıb.