May 08

Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kislovka kəndini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Məlumata görə, yaşayış məntəqəsi “Qərb” qoşun qrupunun bölmələri tərəfindən ələ keçirilib.

Bundan başqa Rusiya Silahlı Qüvvələri Donetskin Novokalinovo kəndini də nəzarətə götürüb. Bu rusiyalı hərbçilərin bir həftə ərzində Donetskdə ələ keçirdikləri üçüncü yaşayış məntəqəsi olub. Bundan əvvəl Oçeretino kəndi, mayın 6-da isə Solovyovo kəndi nəzarətə götürülüb.

Mənbə: Lenta.ru

Bənzər xəbərlər

Gündəm

0.038541078567505