May 07

Rusiyada 57 ev yandı: Ölən var - VİDEO

Rusiyanın İrkutsk vilayətinin Bratsk rayonunda meşə yanğınları nəticəsində onlarla ev yanıb.

Hadisə zamanı 1948-ci il təvəllüdlü yerli sakin həlak olub.

Rayon rəhbəri Aleksandr Dubrovin fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Rusiya Fövqəladə Hallar Nazirliyi bəyan edib ki, güclü külək nəticəsində yanğın 57 evə yayılıb.

Yanğın nəticəsində 30 yaşlı qadın xəsarət alıb. O, ağır yanıq xəsarətləri ilə Bratsk rayon xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır.

Mənbə: meduza.io

Bənzər xəbərlər

Gündəm

0.028546094894409