Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib
Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus “Aerobus A321” sərnişin təyyarəsi “Flightradar” uçuş izləmə xidmətinin xəritəsindən itib.
Məlumata görə, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.
Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib. Ümumilikdə təyyarə 30 dəqiqə uçuşda olub.
Mənbə: radio1.ru