May 06

Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib

Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş verə bilər ki, onlar onu maraqlar balansını qoruyaraq aparmağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir zəmin yoxdur.

Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasının ATV telekanalına müsahibəsində deyib.

Nazirin fikrincə, dialoq o zaman uğurlu ola bilər ki, Qərbi Avropa ölkələri “hamını və hər şeyi özünə tabe etmək, digər regionların, istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiyanın işlərinə qarışmaq kimi müstəmləkəçilik siyasətinin tam mənasızlığını dərk etsin”.

“Onlar öz əməkdaşlığını güc balansı üzərində deyil, qanuni maraqlar balansı üzərində qurmağa hazır olduqda, perspektivli söhbət baş tuta bilər", - deyə Lavrov vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın XİN başçısı Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışdığını iddia etmişdi.

Bənzər xəbərlər

Gündəm

0.032387971878052