Bir ölkə İsraillə diplomatik münasibətləri kəsir
Kolumbiya Prezidenti Qustavo Petro söz verib ki, mayın 2-də ölkəsi İsraillə diplomatik münasibətləri kəsəcək.
“Budur, sizin qarşınızda keçid hökuməti, respublika prezidenti xəbər verir ki, sabah İsrail Dövləti ilə diplomatik əlaqələr kəsiləcək”, - deyə Petro Boqotada Beynəlxalq Əmək Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.
Mənbə: TASS