May 01

Afinada iş şəraitinin yaxşılaşdırılması tələbi ilə mitinq

Yunanıstanın Ümumi Əmək Konfederasiyası, İctimai Sektor Həmkarlar İttifaqı Ali Şurasının və Kommunist Partiyasına yaxın olan Panhellenik Döyüş Cəbhəsinin (PAME) fəalları Sintaqma mərkəzi Afina meydanında kütləvi yürüşlər və mitinq keçiriblər.

Məlumata görə, mitinq iş şəraitinin yaxşılaşdırılması şüarları altında keçirilib. Aksiya iştirakçıları üzərində “Biz fəhlə əleyhinə qanunların ləğvini və həmkarlar ittifaqları ilə kollektiv müqavilələrin qaytarılmasını tələb edirik!” kimi şüarlar olan pankart və plakatlar tutublar.

Mənbə:TASS

Bənzər xəbərlər

Gündəm

0.021008014678955