Apr 29

Fransa müxalifəti Makronu nüvə silahı ilə bağlı dediklərinə görə tənqid edib

“Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqını (Aİ) müdafiə etmək üçün nüvə silahından istifadə edəcəyini açıqlaması axmaqlıqdır və Avropada nüvə münaqişəsi təhlükəsini artıran tamamilə məsuliyyətsiz addımdır”.

Bu barədə RTL radiosunun efirində “İtaətsiz Fransa” partiyasının parlament fraksiyasının rəhbəri Matilda Pano bildirib.

“Makronun mövqeyi Fransanın nüvə doktrinasına ziddir, ona görə biz nüvə çətirinə inanmırıq. Biz başqa ölkə naminə nüvə müharibəsi alovunu qızışdırmaq fikrində deyilik”, - deyə Pano bildirib.

“Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen bildirib ki, Makron nüvə yayındırıcılığı vasitələrini  Avropa İttifaqı ilə bölüşmək istəyir. O əlavə edib ki, Fransa liderini dayandırmaq lazımdır.

Bundan başqa, Fransa parlamentinin üzvü Bastyen Laşo sosial şəbəkə hesabında yazıb ki, Makron Avropa ərazisini qorumaq bəhanəsi ilə Fransanın strateji muxtariyyətini məhv etmək istəyir. Həmçinin “Milli Birlik” Avropa Parlamentinin deputatı Tyerri Mariani qeyd edib ki, Makron ölkəsi üçün təhlükə yaratmağa başlayır.

Mənbə: İzvestiya

Bənzər xəbərlər

Gündəm

0.027673959732056