Apr 28

Qazaxıstan istismardan çıxarılan qırıcıları Ukraynaya ötürüb?

Qazaxıstanda istismardan çıxarılan hərbi təyyarələrin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı məlumat reallığa uyğun deyil.

Bunu “Kazspecexport” dövlət müəssisəsinin mətbuat xidməti bəyan edib.

Məlumata görə, təyyarələrin çıxarılacağı hərracda yalnız Qazaxıstan şirkətləri iştirak edə biləcək. Xarici şirkətlərə hərraclarda iştirak icazəsi verilməyib.

Bildirilib ki, avadanlığın təkrar emalı prosesi tam olaraq onun əvvəlki sahibləri tərəfindən idarə olunacaq. Bütün təyyarələr yalnız metal qırıntıları şəklində kəsilərək ölkədən çıxarılacaq.

Mənbə: news.ru

Bənzər xəbərlər

Gündəm

0.02733588218689