Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq
“Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir”.
Mozalan.az-ın xəbərinə görə, bunu Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Bakıda keçirilən “Azərbaycan-Çin Münasibətlərin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda konfransdakı çıxışı zamanı bildirib.
O deyib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün çoxsaylı fürsətlər mövcuddur:
“Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, beynəlxalq ədalətin təminatı və digər məsələlər baxımından çox önəmlidir. Əməkdaşlığımızın genişləndirilməsində rəsmi Pekin və Si Cinpin də çox maraqlıdır. Biz həm “Bir kəmər - Bir yol”, həm də alternativ enerji sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz ikitərəfli ticarəti də stimullaşdırır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 43 faiz artıb. Azərbaycandan bir çox tələbə məhz Çində təhsil almağa üstünlük verir. İki ölkə arasında ticarət sahəsində əməkdaşlıq imkanları genişlənməkdədir. Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir”.