Serbiyada NATO-nun bir tonluq bombası zərərsizləşdirildi - FOTO
Serbiyanın Niş şəhərində 1999-cu ildə NATO-nun hücum etdiyi dövrə aid partlamamış aviabomba aşkarlanıb.
Bu barədə Serbiya Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Mütəxəssislər onu uğurla zərərsizləşdiriblər.
“NATO-nun bombardmanından sonra qalan təyyarə bombası təhlükəsiz şəkildə zərərsizləşdirilib və Nişdəki Stevan Sindjeliç ərazisində tikinti sahəsindən çıxarılıb”, - nazirliyin bəyanatında bildirilir.
Bomba məhv ediləcəyi təhlükəsiz yerə daşınır.
Söhbət çəkisi min kiloqrama yaxın olan “MK 84” hava bombasından gedir. DİN-in Fövqəladə Hallar İdarəsinin rəisi Luka Çauşiçin sözlərinə görə, mərmi bir neçə saat ərzində məhv ediləcək.
Xatırladaq ki, 1999-cu ilin martında NATO Yuqoslaviyaya qarşı Müttəfiq Qüvvələri əməliyyatına başlayıb. Blok əməliyyatın əsas səbəbini Kosovoda alban əhalisinin soyqırımının qarşısının alınması adlandırıb.
Mənbə: octagon.media