İranda tələbələr geyimə görə universitetə buraxılmırlar - VİDEO
Tehranın Əmirkəbir Texnologiya Universitetinin qız tələbələri geyimlərinə görə universitetə buraxılmırlar.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, tələbələrin laboratoriya geyimi ilə belə binaya giriş icazələri yoxdur.
Bildirilib ki, İran universitetlərində məcburi hicab qaydalarına riayət etməyən tələbələrə sərt xəbərdarlıq edilib.