Kosmik silahlara malik ölkələrin adları açıqlandı
“ABŞ və Rusiyanın kosmik silahları var”.
Bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Andrey Koşkin deyib.
Hərbi ekspert vurğulayıb ki, bir çox ölkə düşmən peyklərini məhv edə biləcək belə silahların yaradılması üzərində işləyir. Onun sözlərinə görə, ABŞ ordusunun xidmətində kosmik pilotsuz təyyarələr var.
“ABŞ-də peyklərimizi məhv etmək üçün nəzərdə tutulmuş “X-37” kosmik pilotsuz təyyarəsi var. Biz tezliklə analoqumuzu kosmosa çıxaracağıq ki, bu da elektromaqnit impulsları sayəsində düşmən peyklərini də sıradan çıxara bilər”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiya “A-235” (“Ölü əl”) təhlükəsizlik sisteminin bir hissəsi olan “Nudol” raket sistemindən istifadə edərək öz peykinin məhvinə cəhd edib. Koşkin aydınlaşdırıb ki, KXDR və Hindistan eyni texnologiyalara malikdir.
“Biz bu peyki kosmosda lentə aldıq və hər hansı digər peyklə eyni şeyi edə bildiyimizi göstərdik. Amma amerikalılar, çinlilər və hindlilər də eyni şeyi göstərdilər. Beləliklə, aşağıdan uçan raketlər də kosmosda müharibəyə kömək edəcək”, - deyə ekspert yekunlaşdırıb.
Mənbə: lenta.ru