Apr 18

Husilər 98 gəmiyə hücum ediblər

Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının üzvləri Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının yeni eskalasiya mərhələsi başlayandan bəri ən azı 98 gəmiyə hücum ediblər.

Bunu üsyançıların lideri Abdel Malik əl-Husi deyib.

“Qəzza zolağında döyüşçülərə dəstək məqsədilə iki həftə ərzində həyata keçirilən əməliyyatların sayı 14-ə çatıb. Əməliyyatlar Qırmızı dənizin sularından Hind okeanına qədər həyata keçirilib”, - deyə əl-Husi bildirib.

Husilər əməliyyatlar çərçivəsində 36 PUA, eləcə də ballistik və qanadlı raketlər buraxıblar. Üsyançı lider əməliyyatların Hind okeanı və İsrailin cənubundakı hədəflərə qarşı aparıldığını bildirib.

“Düşmən tərəfi ilə əlaqəli 8 gəmini vurduq, bununla da hücuma məruz qalan gəmilərin ümumi sayını 98-ə çatdırdıq”, - deyən Əl-Husi “əməliyyatların hələ də davam etdiyini” bildirib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028569936752319