Apr 18

Rusiyalı ekspert: “Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığını sübut edir”

“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı münasibətləri yeni dövrə qədəm qoyur”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açılır.

“Bu, bir vaxtlar Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsinin guya Moskva ilə Bakı arasında razılaşma əsasında olmadığının, işğal olduğunun, Rusiyanın Azərbaycanın inkişafına maneə olmaq üçün bu addımı güclə atdığına dair deyilənlərin boş söhbətlər olduğunu göstərdi. Biz gördük ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğu istisnasız olaraq Moskva ilə Bakı arasında olan razılaşmadan asılıdır. İki müttəfiq ölkənin rəhbərliyi nəticəyə gəldilər ki, sülhməramlıların Qarabağda qalmasının mənası yoxdur. Hətta, heç kəs 2025-ci ili gözləmədi. Hesab edirəm ki, bu, harmoniyalı, qarşılıqlı sərfəli və məntiqlə dolu olan Moskva ilə Bakı arasındakı münasibətlərə Rusiya sülhməramlı kontingentinin lazım olmadığını göstərir. Mən bütün azərbaycanlı dostlarımı bu əlamətdar tarix münasibətilə təbrik edirəm. Bu, Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir. Qarabağ məsələsi artıq birdəfəlik qeyd-şərtsiz bağlandı. Düşünürəm ki, biz sizinlə Rusiya-Azərbaycan münasibətlərinin tam harmoniyalı inkişafı yolunda son maneənin necə götürüldüyünü görürük. Daha Rusiya-Azərbaycan münasibətlərində ağrılı nöqtələr, ağrılı məsələlər yoxdur. İndi bu münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhunda inkişaf edə və Rusiya və Azərbaycan xalqlarının xeyrinə işləyə bilər”, - Naumov qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.031351089477539