Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO
“Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün əlindən gələn hər şeyi edib”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib.
“Rusiya, bir vicdanlı vasitəçi kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi edib.
Bütün bunlar faydasını göstərməyə başladı, lakin sonra Qərbin, həmişə olduğu kimi, konyunktur hekayəsi müdaxilə etdi. Bu, Ermənistana nə dərəcədə lazımdır, qoy İrəvan şərh etsin. Niyə onlar münaqişələrə, xaosa və sabitliyin pozulmasına gətirib çıxaran şeyləri seçirlər - bu sualları Ermənistan rəhbərliyinə vermək lazımdır, bizə yox”, - deyə Zaxarova bildirib.