Apr 02

Cənubi Koreyada sərxoş ABŞ-li əsgər maşın oğurlayaraq qəza törədib

Cənubi Koreya polisi ABŞ-li əsgəri sərxoş halda avtomobil oğurlamaqda və yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edərək saxlayıb.

Yaşı 20-30 arasında olan hərbçi Koreya Respublikasındakı ABŞ hərbi kontingentinə aiddir və Pxentek şəhərindəki bazada xidmət edir.

İlkin məlumata görə, o, paytaxtın Honde rayonunda kafedə spirtli içki qəbul edib. Sonra isə içərisində açarları qalan kompakt avtomobili oğurlayıb. Koyan şəhərində iki avtomobilə çırpılıb və nəticədə iki nəfər xəsarət alıb.

Həbs zamanı polis sərxoşluq əlamətləri aşkar edib. Hüquq-mühafizə orqanları əsgəri ABŞ hərbi polisinə təhvil veriblər.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.019707202911377