Lavrovdan İrəvana xəbərdarlıq: Bu mümkün deyil
Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyündə ola-ola Avropa İttifaqına ehtimal olunan üzvlüyü mümkün deyil.
Mozalan.az xəbər verir ki. bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əlbəttə ki, Aİ üzvlüyünə doğru irəliləmək Aİİ-də üzvlüyü qorumaqla uyğun gələ bilməz. Əgər Ermənistan Paşinyanın dediyi kimi müvafiq qərarlar qəbul edərsə və onları erməni xalqının iradəsinə uyğun olaraq qəbul edərsə, bu, Ermənistanın və erməni xalqının hüququdur.
Əlbəttə ki, seçimi Ermənistan xalqı və Ermənistan rəhbərliyi etməlidir. Lakin hər ikisində iştirakın birləşdirilməsi qətiyyən mümkün deyil", - Lavrov qeyd edib.
Lavrov eyni zamanda Kremlin erməni apostol kilsəsi ətrafın abaş verənlərdən də naraaht olduğunu dilə gətirib.
“Erməni Apostol Kilsəsinə münasibətə gəldikdə isə, təbii ki, vəziyyətin necə inkişaf etdiyini təəssüflə izləyirik”, - deyə Lavrov bildirib.
Lavrov Ermənistanın Rusiyadan gələn hibrid təhdidlər barədə açıqlamalarına gəldikdə isə, Rusiyanın onlara çaşqınlıqla yanaşdığını qeyd edib. "Bu, yalnız bizi çaşdıra bilər", - o vurğulayıb.
Mürtəza



















































