Feb 17

Süni intellektdə yeni mərhələ: Real görüntülər yaradılacaq - VİDEO

“OpenAI” şirkəti video yaratmaq üçün “Sora” adlı yeni neyron şəbəkəsi təqdim edib. Bildirilir ki, “Sora” mətn təlimatlarından istifadə edərək real və fantastik səhnələr yarada bilər.

Mozalan.az-ın məlumatına görə, bu barədə şirkətdən xəbər verilib.

Məlumata görə, neyron şəbəkə istifadəçilərə mətn təsvirlərinə əsaslanaraq “Full HD” təsvir ölçüsündə (1920x1080 piksel) bir dəqiqəyə qədər real videolar yaratmağa imkan verir.

Şirkət bununla bağlı çoxlu nümunələr təqdim edib.

İpucu: Şıq geyimli qadın, isti parlayan neon və animasiyalı tablolarla dolu Tokio küçəsində gəzir. Onun əynində qara dəri gödəkçə, uzun qırmızı paltar və qara çəkmə var, həmçinin qara əl çantası daşıyır. O, günəş eynəyindədir, qırmızı pomadası xüsusi nəzərəçarpandır. O, inamlı və rahat gəzir. Küçə rütubətlidir və rəngli işıqları güzgü effekti yaradaraq əks etdirir. Ətrafda çoxlu piyada gəzişir.

İpucu: Kaliforniyada “Qızıl hərisliyi” dövründən tarixi görüntülər.

İpucu: Müxtəlif üslublarda çoxlu gözəl sənət əsərləri olan bir qalereyada gəzinti.

İpucu: Kamera birbaşa İtaliyanın Burano şəhərindəki rəngli binalara yönəlib. Sevimli bir dalmatin iti birinci mərtəbədəki binanın pəncərəsindən bayıra baxır. Binaların qarşısındakı kanal küçələri ilə insanlar gəzişir, yaxud velosiped sürürlər.

Bundan əlavə, neyroşəbəkə hərəkətsiz görüntü əsasında video yaratmaq, bitmiş videolarda çatışmayan kadrlar yaratmaq və ya onları tamamlamaq qabiliyyətinə malikdir.

Bununla belə “OpenAI” xəbərdarlıq edib ki, “Sora” mürəkkəb səhnələri modelləşdirərkən səhvlərə yol verə bilər.

Bənzər xəbərlər

Gündəm

0.031038999557495