İsraildə İncilin bəşəriyyətin son döyüş yeri adlandırdığı qədim Roma düşərgəsi aşkar edildi - FOTO/VİDEO
İsrailin qədim Kfar Otnay kəndi yaxınlığındakı Tel-Megiddo bazasında aparılan qazıntılar zamanı 1800 illik Roma hərbi bazası “Legio VI Ferrata”nın memarlıq qalıqları aşkar edilib.
Bu barədə İsrailin Qədim Əsərlər İdarəsi (IAA) açıqlama verib.
Doktor Yotam Tepper və Barak Tszinin rəhbərlik etdiyi qazıntılar zamanı tədqiqatçılar düşərgənin qalıqlarına rast gəliblər. Bunlara əsas magistral, “Via Pretoria”, yarımdairəvi podium və əhəmiyyətli ictimai binaya aid olan daş səki sahələri daxildir.
Qeyd edək ki, Roma legionu düşərgəsi 180 ildən çox ən azı 5000 Roma əsgəri üçün daimi hərbi baza kimi xidmət edib. Bu tapıntı həqiqətən unikaldır, çünki bu, İsraildə kəşf edilmiş və açılmış bu qədər geniş miqyaslı yeganə Roma hərbi düşərgəsidir. Həmin düşərgə xristianların müqəddəs kitabı olan İncildə bəşəriyyətin son döyüş yeri adlandırılır.
Mənbə: Arkeonews