Feb 14

Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi 11 nəfərin əmlakını dondurdu

Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi terror təşkilatlarına maliyyə yardımı etmələri ilə bağlı əsaslı səbəblərin mövcudluğuna əsaslanaraq PKK/KCK, İŞİD, DHKP/C və TKP/ML terror təşkilatları ilə əlaqəli 11 nəfərin Türkiyədəki aktivlərinin dondurulmasına qərar verib.

Nazirliyin hazırladığı “Aktivlərin dondurulması haqqında qərar” “Resmi gazete”də dərc olunduqdan sonra qüvvəyə minib.

Qərara əsasən, PKK/KCK terror təşkilatı ilə əlaqəli Mehdin Tekin, Nevzat Göktaşoğlu və Galip Aras, İŞİD terror təşkilatı ilə əlaqəli Mustafa El Kasim, Ahlam Khatab, Eesa Alahmad, Muhammed Hacıkadur, Muhammed Khatab və Yavuz Selim Binici, DHKP/C terror təşkilatı ilə əlaqəli Mehmet Güvel, TKP/ ML terror təşkilatı ilə əlaqəli Ertan Çıta adlı şəxslərin aktivləri dondurulub.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.030553817749023