“Google” pulsuz süni intellekt təhsilinə on milyonlarla avro xərcləyəcək
Texnologiya nəhəngi “Google” Avropa və digər ölkələrdə süni intellekt (AI) bacarıqlarının öyrədilməsi üçün 25 milyon avro xərcləməyi planlaşdırdığını açıqlayıb.
“AI Opportunity Initiative” təşəbbüsü sosial müəssisələrə və qeyri-kommersiya təşkilatlarına, həmçinin inkişaf etmək üçün AI-dən istifadə edən şirkətlərə yönəlib. Yuxarıda göstərilən məbləğin 10 milyon avrosu bu müəssisələrin işçilərinin əlavə təhsili üçün ayrılacaq.
“Google” qeyd edib ki, neyron şəbəkələrin imkanlarının öyrənilməsi və istifadəsi iqtisadi bərabərsizlik və işsizliklə mübarizə aparmağa kömək edir.
“Yeni proqram bütün Avropada insanların süni intellekt üzrə bilik, bacarıq və inamlarını inkişaf etdirməyə kömək edəcək, heç kimin geridə qalmamasını təmin edəcək”, - deyə “Google” İctimai Təsir Mərkəzinin icraçı direktoru Adrian Braun bildirib.
Mənbə: gazeta.ru