Feb 12

Konqonun paytaxtı yer üzündən silinə bilər

Tez-tez baş verən daşqınlar və qlobal iqlim dəyişikliyinin təsirləri səbəbindən Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasa yer üzərindən silinmə təhlükəsilə qarşılaşıb.

Bu fikri Konqo çayının sahilində yerləşən 18 milyon əhalisi olan şəhərin senatoru Didye Mumenqi deyib.

“Xatırladaq ki, Konqo çayının daşqınları 1961-ci ildə artıq kritik həddə çatmışdı. Paytaxt ilk dəfə demək olar ki, tamamilə suya qərq olmuşdu. Sonra oxşar daşqınlar hər 10 ildə bir dəfə baş verməyə başladı. Amma 2019-cu ildən sonra interval qısaldı - növbəti fövqəladə hal 2023-cü ildə, yəni 4 il sonra yaşandı. Daşqınların daha tez-tez baş verməsi təhlükəsi Kinşasanı apokaliptik vəziyyətə sala bilər”, - senator bildirib.

O, kədərli ssenarinin baş verməməsi üçün 2036-cı ilə qədər paytaxtın inkişafı məqsədilə düşünülmüş və məntiqli plan qəbul etməyi məsləhət görüb.

Qeyd edək ki, 1881-ci ildə qurulan Kinşasa sürətlə böyüyür. Şəhərdə 1984-cü ildə 2,6 milyon, 2005-ci ildə 5,3-7,3 milyon, 2017-ci ildə 11,8 milyon, hazırda isə 18 milyona yaxın insan yaşayır. Demoqrafların proqnozlarına görə, 2050-ci ilə qədər DXR-in paytaxtının əhalisi 35 milyon nəfərə çatacaq.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.029457092285156