Bu ölkələrdə çətənənin tibbi məqsədlərlə istifadəsinə icazə verildi
Bosniya və Herseqovinanın Nazirlər Şurası çətənənin (kannabis) tibbi məqsədlərlə istifadəsinə icazə verən qərar qəbul edib.
Mozalan.az xəbər verir ki, hökumətin qərarına əsasən, çətənə maddəsi qəti qadağan olunan 1-ci qrupdan, istifadəsinə ciddi nəzarət altında və tibbi məqsədlərlə icazə verilən 2-ci qrupa keçirilib.
Qeyd edək ki, bu qrupa artıq uzun illərdir səhiyyə sistemində istifadə olunan tiryək və morfin kimi maddələr daxildir.



















































