Dec 31

Zelenski təhlükəsizlik zəmanətlərinin təfərrüatını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətlərinin detallarını açıqlayıb. Onun sözlərinə görə, bura monitorinq missiyası və razılaşmanın pozulması halında Qərb müttəfiqlərinin cavab tədbirləri daxildir.

Mozalan.az xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Zelenski təhlükəsizlik zəmanətlərinin mərhələli şəkildə tətbiq olunduğunu deyib: "Ukrayna üçün ən vacib şey atəşkəslə eyni vaxtda monitorinq missiyasının yaradılmasıdır. Monitorinq missiyasına etibar etdiyimiz və texniki cəhətdən bunu edə bilən tərəfdaşlarımız rəhbərlik edəcək. Onların peyki və bütün dron infrastrukturu var".

Ukrayna liderinin sözlərinə görə, təhlükəsizlik zəmanətlərinin ikinci hissəsi atəşkəs pozulacağı təqdirdə Ukraynanın müttəfiqlərinin necə cavab verəcəyi ilə bağlı bəndlərdir.

Bənzər xəbərlər

Gündəm

0.021960020065308