Feb 11

Seçkidə təxribat hazırlayan Qərbin şəbəkəsi necə ifşa oldu?

Qərbin anti-Azərbaycan dairələrinin tapşırığı ilə 7 fevral növbədənkənar prezident seçkisində təxribat hazırlayan şəbəkənin planları baş tutmadı. Azərbaycan xalqı seçki məntəqələrinə axın edərək, ona Zəfəri yaşadan lideri  - İlham Əliyevi 92 faizlik mütləq səs çoxluğu ilə yenidən Prezident seçdi və təxribat planlarını pozdu, bu planları quranları və icraçılarını məyus etdi.

Seçkidən öncə məlum idi ki, Qərbdə Azərbaycana qarşı olan dairələr fevralın 7-də səsvermə prosesini pozmağa və “saxtakarlıq” görüntüləri yaradaraq, seçkinin legitimliyini şübhə altına almağa hazırlaşır. Bu təxribat planının icrası Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM), “Toplum Tv”nin redaktoru Xədicə İsmayıl və komandası, “Azadlıq” qəzeti, AXCP dəstəsi, “Azadlıq radiosu”, eləcə də LGBT üzvlərindən ibarət böyük şəbəkəyə həvalə olunmuşdu.

Təxribat planı iki mərhələ şəkilində icra edilməli idi:

Birincisi, səsvermə prosesində neqativ halları və pozuntuları foto və videolentə almaq, bunu faktlaşdırmaq;

İkincisi, seçki məntəqələrində qarşıdurmaya getmək, hay-küy salmaq, süni problemlər yaratmaq və bütün bunları “seçki pozuntusu” kimi sənədləşdirmək.

Səsvermə prosesinin pozulmasına hesablanan planın əsas məqsədi də seçkilərlə bağlı mənfi rəyin yaradılması və Qərbin anti-Azərbaycan strukturlarının hazırlayacağı hesabatlara daxil edilməsi idi. Planın böyük hissəsinin icrası SMDTM rəhbəri A.Məmmədliyə həvalə olunmuşdu. Çünki 2001-ci ildən “seçki eksperti” kimi fəaliyyətə başlayan A.Məmmədlinin əsas missiyası Azərbaycanda bütün seçkilərlə bağlı Qərb dairələrinin istəklərinə uyğun olan və rəsmi Bakıya qarşı təzyiq aləti kimi istifadə edilən “hesabatların” hazırlanması, seçkinin “beynəlxalq standartlara uyğun keçirilmədiyi” rəyinin yaradılması olub.

A.Məmmədlinin fəaliyyət tarixçəsinə nəzər yetirdikdə də onun Azərbaycandakı seçkilərdə Qərb dairələrinin istifadə etdiyi “əsas şəxs” olduğu aydın görünür. A.Məmmədli 2001-ci ilin 24 iyul tarixində Seçkilərin Monitorinq Mərkəzini (SMM) təsis edib. 2001-2008-ci illər ərzində referendum, parlament, bələdiyyə və prezident seçkiləri daxil olmaqla ölkədə keçirilən bütün seçki prosesi haqqında mənfi hesabatlar hazırlayıb. Bununla yanaşı, SMM-nin seçki keçirilməyən dövrlərdə əsas işi müxtəlif layihələr adı altında şəbəkə qurmaq olub. Bu iş təkcə paytaxtda yox, bölgələrdə də həyata keçirilib. Xüsusilə 2005-ci ildən başlayaraq, Gəncə, Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki və Naxçıvanda “filial” və “nümayəndəliklər” yaradılıb. Bu “filialların” işi bölgələrdə özlərinə bağlı şəxsləri yetişdirmək, xüsusilə gənclərdən ibarət qruplar yaratmaq idi və seçki dövründə bu gəncləri məntəqələrə göndərir, onlardan “lazım olan faktların” toplanması üçün istifadə edirdilər.

2008-ci ildə SMM-nin dövlət qeydiyyatı qrantların qeyri-şəffaf xərclənməsi, vergidən yayınmaq və digər qanunsuz fəaliyyətlərə görə ləğv edildi. Çünki A.Məmmədli SMM adı altında aldığı qrantları hüquqi şəxs kimi yox, fiziki şəxs kimi sənədləşdirir və bununla vergidən yayınırdı. SMM-nin dövlət qeydiyyatının ləğvindən sonra A.Məmmədli SMDTM-ni yaradaraq eyni işi davam etdirməyə başladı. Lakin SMDTM dövlət qeydiyyatında olmadığı üçün qrantların əldə edilməsi və vergidən yayınmaq çətinləşmişdi.

A.Məmmədli iki fənd işlətdi:

- 2008-2013-cü illərdə xarici donor təşkilatlarından layihələri SMDTM-nin adına alır, layihə üçün ayrılan qrant isə onun “fiziki şəxs” kimi bank hesabına köçürülürdü: bu illər ərzində A.Məmmədlinin bank hesabına 480 min manat pul daxil olub;

- 2013-cü il prezident seçkisi ərəfəsində isə A.Məmmədli Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM) ilə “birləşdi” və qrant layihələrini bu təşkilatların üzərindən icra etməyə başladı.

A.Məmmədlinin bu fəndlərdən istifadə etməsi 2013-cü ildə qrant layihələrinin alınması ilə bağlı dəyişiklik edilən qanunun tələblərindən yayınmaq məqsədi daşıyırdı və bir müddət buna nail oldu da. SMDTM-nin əsas donorları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitutu (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), “German Marşal” Fondu, ABŞ səfirliyi, eləcə də digər Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri olub. A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM-nin Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi hesabatlar Avropa strukturlarının istinad etdiyi “əsas mənbə” rolunu oynayıb, hətta ABŞ Dövlət Departamenti belə açıqlamalarında bu “hesabatlara” istinad edib.

A.Məmmədlinin rəhbəri olduğu SMDTM-nin fəaliyyətində diqqətçəkən məqamlardan biri də təşkilatın “beynəlxalq nüfuzlu QHT-yə çevrilməsi” istiqamətində atılan addımlar idi. Misal üçün, SMDTM ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının tədbirlərinin “fəxri qonağı” olub. O cümlədən, Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində müxtəlif ölkələrdə keçirilən seçkilərin müşahidəsində iştirak edib. Azərbaycanda dövlət qeydiyyatında belə olmayan bir təşkilata dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərin monitorinqinin həvalə edilməsi təsadüfi ola bilməz. Məqsəd qrantların məhz SMDTM-yə ayrılmasının əhəmiyyətli olduğunu göstərmək və təşkilatın Azərbaycandakı seçkilərlə bağlı hazırladığı hesabatların beynəlxalq ictimai rəydə legitim kimi qəbul edilməsidir. Hər halda ABŞ Dövlət Departamenti də daxil olmaqla, Avropa təşkilatları siravi QHT-yə yox, “beynəlxalq nüfuzlu” təşkilata istinad edə bilərlər.   

2013-cü il prezident seçkisində A.Məmmədli və rəhbərlik etdiyi SMDTM yenə “alternativ mənbə” kimi istifadə olundu. Həmin vaxt Qərbin sifarişilə hesabatların hazırlanması üçün ona 276 min ABŞ dolları maliyyə yardımı ayrıldı. Bu pullar ABŞ-ın Milli Demokratiya İnstitutu (NDİ) xətti ilə verilmişdi. Görünür, 2012-ci ildə Azərbaycanda “Facebook inqilabı” adlanan iğtişaş planının icrası üçün 2 milyon dollar xərcləyən NDİ baş tutmayan cəhdini seçkilər üzərindən davam etdirmək qərarına gəlmişdi. A.Məmmədli seçkilərin gözdən salınması məqsədilə ayrılan 276 min dollar vəsaiti Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM) təşkilatlarının vasitəsilə əldə edib. Çünki 2013-cü ilin 11 mart tarixində qrantların qeydiyyatı ilə bağlı qanunda edilən dəyişikliklər ona aldığı qrantları nə “fiziki şəxs” kimi, nə də dövlət qeydiyyatı olmayan SMDTM vasitəsilə əldə etməyə imkan vermirdi. A.Məmmədli 2013-cü il prezident seçkisi ilə bağlı mənfi hesabatlar hazırlayaraq aldığı tapşırıqları “yüksək səviyyədə icra etdi”. Lakin qanun pozuntularına yol verdiyi üçün məhkəmə qarşısına çıxmalı oldu və 2014-cü ildə həbs edildi. 2016-cı ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan A.Məmmədli yenidən öz missiyasının icrasına başladı.

SMDTM-nin dövlət qeydiyyatı olmasa da, 2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlament seçkilərində bu təşkilat adından mənfi hesabatların hazırlanması həyata keçirilib. Qrantların əldə edilməsi üçün isə fərqli mexanizmlərdən istifdə olunub:  

Qərb ölkələrinin səfirliklərindən nağd şəkildə alınması, LGBT hüquqlarının qorunması, yaxud gender bərabərliyi kimi layihələrdən və ya fərqli təşkilatların adından istifadə edilməsi və s;

2016-cı ildən sonra SMDTM-nin əsas maliyyəsi də “İnsan Haqları Evi” Fondu vasitəsilə həyata keçirdiyi layihələr üzərindən əldə edilib. Misal üçün, “COVID-19 pandemiyası ilə mübarizə dövründə Azərbaycan hökumətinin qərarları və insan hüquqlarına münasibətlə bağlı da hesabatlar”, “seçki hüququ, müraciət hüququ, sərbəst toplaşmaq və birləşmək azadlığının tədrisi, vətəndaşların dövlət idarəçiliyində iştirakı, yerli və mərkəzi idarə orqanlarının hesabatlılığının artırılması və siyasi azadlıqların müdafiəsinə dair proqramlar” icra edilib.

2024-cü il 7 fevral tarixində keçirilən prezident seçkisində hazırlanan təxribat planının icrasının əsasən A.Məmmədliyə həvalə olunması da onun Azərbaycandakı seçkilə bağlı mənfi hesabatların hazırlanması sahəsində 23 illik təcrübəsi xüsusi rol oynayıb. Hələ seçki prosesi başlamamışdan öncə A.Məmmədli seçkinin legitimliyini şübhə altına alan çıxışlara start verib. Misal üçün, o, 4 yanvar 2024-cü il tarixində “Toplum Tv”də X.İsmayılın verilişində seçkilərin “saxtalaşdırılacağı”, seçici aktivliyinin “az olacağı” və s. iddiaları gündəmə gətirir, o cümlədən, ölkədə seçki mühitinin olmadığı, namizədlərin təşviqat kampaniyasının paritet şəkildə aparılmayacağına dair “proqnozlar” irəli sürürdü. Bütün bunlar seçki günü hazırlanan təxribat planının tərkib hissəsi idi.

Məlumatlara görə, A.Məmmədli Qərbdəki dairələrə seçki günü əksər məntəqələrdə müşahidə aparmaq üçün 500 nəfərlik qrup yaradacağına dair vəd edib və bu məqsədlə 350 min manat vəsait əldə edib. Bu vəsaitin bir hissəsi müşahidəçi qrupların yaradılması, onlara təlimlərin keçilməsi və seçki günü bütün bölgələr üzrə məntəqələrə göndərilməsi üçün nəzərdə tutulub. Digər hissəsi isə “seçki saxtakarığı” haqqında foto və video görüntülərin hazırlanması və tirajlanması işinə sərf olunmalı idi. Məntəqələrdə olan “müşahidəçilər” qarşılaşdıqları pozuntuları videolentə almalı, belə pozuntular tapmadıqları halda qarşıdurma yaradaraq, səsvermə prosesini pozmalı və həmin anların görüntülərini çəkərək, “mərkəzə” göndərməli idi. “Mərkəz” olaraq, SMDTM-nin ofisi və “Tolum Tv”nin redaksiyası seçilib.

SMDTM-nin dövlət qeydiyyatı olmasa da, aylıq 1500 manat icarə ilə ofisinin fəaliyyət göstərdiyi barədə məlumatlar var. Ofisdə 10-a yaxın əməkdaş – koordinatorlar, sosial media menecerləri, videogörüntülərin hazırlanmasını həyata keçirən montaj qrupu və digərləri fəaliyyət göstərir. Seçki günü bu qrupun işi daxil olan görüntülərin “saxtakarlıq edildiyi” formasına salınması və tirajlanması olub. “Toplum Tv”də X.İsmayılın rəhbərlik etdiyi qrupa isə “jurnalist” kimi məntəqələrdə çəkilişlər aparmaq, o cümlədən, seçki prosesini işıqlandıran medianın fəaliyyətinə “maneələrin” yaradıldığına dair faktların toplanması işi tapşırılıb.     

SMDTM-də A.Məmmədlinin hazırladığı “müşahidəçilər”, “Toplum Tv”də X.İsmayılın hazırladığı “jurnalistlər” və AXCP-də təlimatlandırılan partiyanın gənclər təşkilatının üzvlərindən ibarət təxribat qrupu seçki günü “saxtakarlıq faktları”nın tapılması, eləcə də süni pozuntu hallarının yaradılması üçün əllərindən gələni etdi, lakin  cəhdləri iflasa uğradı. Məlumatlara görə, seçkidən bir neçə gün öncə təxribat qrupu arasında narazılıqlar, fikir ayrılıqları yaranıb. Buna səbəb A.Məmmədlinin “500 nəfərlik qrupun yaradılması” vədi ilə donor təşkilatlarından aldığı 350 min manat vəsaitin böyük hissəsini mənimsəməsi, cəmi 15-20 nəfərlik qrup yaradaraq “müşahidəçilərə” 40-50 manat civarında “əməkhaqqı” verməsi olub. Xüsusilə cəbhəçilərin əksəriyyəti vəsaitin azlığına görə prosesdə iştirakdan imtina ediblər.

X.İsmayılın “jurnalist” dəstəsindən də son anda ayrılanlar olub. Onların yerini doldurmaq üçün təcili şəkildə cəlb edilən yeni “əməkdaşlar” isə işi öncədən hazırlanan plana uyğun qura bilməyiblər. “Toplum Tv”nin canlı efirində jurnalistlərdən birinin getdiyi seçki məntəqələrində hər şeyin qanunauyğun olduğu, medianın fəaliyyətinə maneələrin yaradılmadığını, əksinə çəkiliş üçün bütün şəraitin yaradıldığı haqda etirafları da təcili cəlb edilən “əməkdaşların” təcrübəsizliyindən qaynaqlanır.

A.Məmmədlinin yaratdığı “15-20 nəfərlik müşahidəçi” qrupunda LGBT üzvləri də təmsil olunurdu. Onların əsas işi seçki məntəqələrində hay-küy salmaq, məntəqə sədrləri ilə qarşıdurma yaratmaq və bütün bunları “pozuntu faktı” kimi göstərmək olub. LGBT üzvləri Əli Məlikov, Rza Abbaszadə, Rəşad Nəbiyev, Cavid Nəbiyev (bu şəxs Almaniyada həmcinsi ilə evlənib), “Makalooo” ləqəbli İsmayıl adlı şəxs prosesdə daha aktiv iştirak edənlərdir. 23 saylı Nəsimi-Səbail seçki dairəsi 13 saylı məntəqəsində müşahidəçi kimi qeydiyyatdan keçən bu LGBT üzvləri məntəqədə qarşıdurma yaradaraq bunu “Azadlıq radiosu”, “Amerikanın səsi”, “BBC Azərbaycanca” və “Meydan TV”nin efirində “seçki pozuntusu” faktı kimi təqdim ediblər.

LGBT üzvlərinin seçki təxribatı qrupuna daxil edilməsi iki səbəbdən irəli gəlir:

A.Məmmədli ayrılan qrantın böyük hissəsini mənimsəyərək, hazırladıqları “müşahidəçilərə” daha az vəsait verdiyi üçün seçkiyə bir neçə gün qalmış qrupdan çıxanların yerini doldurmaq;  

Cinsi azlıqlar vasitəsilə daha çox hay-küy salmaq, məntəqələrdə qarşıdurma yaratmaq.

Lakin bütün cəhdlərinə baxmayaraq, Qərbin təxribat şəbəkəsinin seçki günü hazırladıqları plan alt-üst oldu. Birincisi, səsvermə prosesində qanun pozuntusu, yaxud hansısa neqativ hal yaşanmadı və təxribatçı qrup məntəqələrdən “əliboş” ayrılmaq məcburiyyətində qaldı: seçkilər demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun şəkildə tam şəffaf keçirildi;

İkincisi, süni şəkildə qarşıdurma yaratmaq və “seçki saxtakarlığı” iddiası ilə “faktlar” toplamaq cəhdləri alınmadı: məntəqələrdə təşkil etdikləri “saxtakarlıq oyun”ları ifşa edildi;

Üçüncüsü, foto və videogörüntüləri montaj edərək, “seçki saxtakarlığı” haqqında hazırladıqları “faktlar” da ictimai rəydə inandırıcı olmadı, hətta təxribat planının sifarişçiləri də bu qondarma “faktları” qəbul etmir.

Planlaşdırılan təxribatın baş tutmaması Qərbin məlum şəbəkəsini məyus edib. Artıq sosial şəbəkələrdə bunu dilə gətirirlər, xüsusilə SMDTM-nin cəmi 105 məntəqədə müşahidə apararaq, yekun rəy verməsinin qəbuledilməz olduğu barədə müzakirələr gedir, planın baş tutmamasına görə bir-birini ittiham edirlər. Və zaman keçdikcə bu qarşıdurmanın genişlənəcəyi gözləntisi var, çünki A.Məmmədlinin təxribat planı üçün ayrılan vəsaiti şəbəkənin digər “rəhbərləri” ilə bölüşdürməməsi ciddi narazılıq yaradıb.

7 fevral seçkisi Qərbin Azərbaycandakı şəbəkəsini ifşa etdi və aydın oldu ki, artıq ölkədə bu şəbəkəyə inam azalıb, onların fəaliyyət imkanları böyük ölçüdə məhdudlaşıb, xüsusilə gənclər onlar üzərindən pullar qazanan bu şəbəkəni baykot edir. 7 fevral seçkisi həm də Azərbaycan xalqının onun iradəsinə müdaxilə etmək istəyən qüvvələrə bir daha yerini göstərdiyi təqvim olaraq tarixə keçdi.

Bənzər xəbərlər

Gündəm

0.029078960418701