Filippində güclü zəlzələ olub
Filippinin Mindanao adasında 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Butuan şəhərindən 39 kilometr cənub-şərqdə yerləşib.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.