Feb 09

Ötən ay ən isti yanvar kimi tarixə düşdü - VİDEO

Keçən ay tarixin ən isti yanvarı qeydə alınıb. Havanın orta temperaturu 1991-2020-ci illərlə müqayisədə 0,7 dərəcə, sənayedən əvvəlki dövrlə (XIX əsrədək) müqayisədə isə 1,66 dərəcə yüksək olub.

Bu barədə “Copernicus”un (Avropa İttifaqının iqlim monitoru) hesabatından bəlli olub.

Bildirilib ki, dəniz səthinin temperaturu 2023-cü ilin avqustunda qeydə alınan ən isti okean ayı ilə müqayisədə bir qədər sərin olsa da, fevralın ilk bir neçə günündə dəniz temperaturu yüksəlməyə davam edib və 2023-cü ilin avqustunda müəyyən edilmiş gündəlik rekordları üstələyib.

Ümumilikdə isə yanvar ayı daxil olmaqla ardıcıl səkkiz ay həm qitələrdə, həm də dənizlərdə orta hava temperaturu ilin müvafiq vaxtı üçün bütün əvvəlki rekordları üstələyib.

Ümumilikdə, 2023-cü il əsr yarımdan çox müddətdə Yer kürəsində ən isti il ​​olub.

Bütün bu istilərin səbəbi elm adamları üçün sirr deyil: qalıq yanacaqların yandırılması, meşələrin qırılması və digər insan fəaliyyəti bir əsrdən çoxdur ki, temperaturun durmadan yüksəlməsinə səbəb olub. Hazırkı “El Nino” sikli də buna təsir edir.

Mənbə: Euronews.com

Bənzər xəbərlər

Gündəm

0.018442869186401